Üstüpü hamamı

Üstüpü hamamı - Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri.

Üstüpü hamamı (Ordubad rayonu)

Yerləşdiyi ərazi[redaktə | mənbəni redaktə et]

Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur. Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış vəziyyətdə gəlib çatmışdır.

Memarlıq quruluşu[redaktə | mənbəni redaktə et]

Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı, yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır. Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən şərq tərəfdə binanın damı yer səviyyəsindədir. Ancaq günbəzlər yer səviyyəsindən yuxarıdadır. Qərb tərəfdən isə bina tam açıq görünür. Girişi qərbdəndir. Çatma tağlı koridordan keçib soyunma və yuyunma salonuna daxil olursan. Soyunma və yuyunma salonlarında hücrələr vardır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Hamam binası XVII-XVIII əsrlərdə inşa olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.