Ütük səhləb

Ütük səhləb (lat. Orchis ustulata) — Səhləbkimilər fəsiləsindən dərman bitkisi növü.

Ütük səhləb
Elmi təsnifat
Beynəlxalq elmi adı

Elmi adı - Orchis ustulata L. 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov – lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov –silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd –qara rənglidir. Çiçəkyanlığının daxili yarpaqları çəhrayı rənglidir; dodaqcıq çiçəkyanlığının yarpaqlarından uzun, açıq-çəhrayı rəngli, al ləkələrlə örtülmüşdür; xarici yarpaqları isə yumurtavaridir. Mahmızı yumurtalıqdan 3-4 dəfə qısa, küt, bükülmüş şəkildə aşağı yönələndir.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun aylarına təsadüf edir. Subalp qurşağının çəmənliklərində rast gəlinir, toxumla çoxalır, işıqsevən, quraqlığa az davamlı, dekorativ bitkidir. 

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba hissəsi (Quba rayonu). [3][4][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Təbii ehtiyatı azdır. Zəif təkrarlanması, antropogen təsirlər populyasiyanın sayını sürətlə azaldır. 

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Əhali tərəfindən dekorativ bitki kimi toplanılması, mənfi təsirlərə məruz qalması gələcəkdə azalma təhlükəsini yaradır. [1]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi qorunma tədbirləri aparılmır. Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur. 

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://redbook.az/?options=project&id=%C3%9Ct%C3%BCk%20s%C9%99hl%C9%99b[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 Флора Азербайджана, 1952
  4. Гроссгейм А.А., 1940
  5. Флора СССР, 1935