Kinolent ən böyük dərinliklərdə neft və qaz çıxarmaq üçün geniş imkanlar açan "Şelf" silsiləsindən yeni üzən-yarı suya salınmış qazma qurğusu haqqında danışır.
Üzən-yarı suya salınmış qazma qurğusu-"Şelf" | |
---|---|
Janr | sənədli film |
Rejissor | Ruslan Şahmalıyev |
Ssenari müəllifi | Ruslan Şahmalıyev |
Operator | Faiq Qasımov |
Bəstəkar | Rafiq Babayev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1982 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1982 |
Texniki məlumatlar |
2 hissə 551,7 metr 35 mm |
Texniki-təbliğat filmi tamaşaçılara qurğunun əsas və texniki-iqtisadi göstəriciləri ilə tanış olmaq imkanı verir.
Film SSRİ Qaz Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Qaz Sənayesi İnstitutunun sifarişi ilə çəkilmişdir.