Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 2 gün əvvəl Gadir (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
İçərişəhər ənənəvi incəsənət mərkəzi — İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi 5 fərqli dekorativ tətbiqi sənət növündə (keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq) sənətkarlıq nümunələrinin hazırlandığı, bu növlər üzrə müxtəlif yaş qruplarına aid fərdi və kollektiv şəkildə ustad dərslərinin keçirildiyi incəsənət mərkəzidir.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə təsis edilmişdir. Mərkəz İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə Birləşmiş Krallıqda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə layihənin nəticəsidir.
Mərkəz İçərişəhər Dövlət Tarixi-Memarlıq İdarəsinin Köhnə Bakının Canlı tarix olaraq qorunması konsepsiyasının tərkib hissəsidir.
Mərkəzin məqsədi ənənəvi incəsənət növlərini öyrənmək istəyən həvəskarlara və dizaynerlərə təlim vasitəsi ilə Azərbaycanın ənənəvi incəsənət növlərini tədris etməkdir. Burada qədim prinsiplərlə çağdaş dövr arasında vəhdətin qorunması əsas meyardır.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Bəylər məscidinin bərpasını və Şirvanşahlar taxt-tacının dizaynının hazırlanmasını da həyata keçirmişdir.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində hazırlanan bütün sənətkarlıq nümunələri Dastan brendi ilə təqdim olunur. Brend 24 Dekabr 2016-cı ildə yaradılıb. Dastan sözü qədim Azərbaycan ədəbiyyatına aid olan eposlardan götürülüb. 5 fərqli istiqamət üzrə (keramika, batika, zərgərlik, taxta və dekorativ rəngkarlıq) hazırlanan bütün sənətkarlıq nümunələri üçün təbii boyalar, ənənəvi üsullar üzrə istifadə olunur və bədii tərtibatlar mərkəzin dizaynerlər qrupu tərəfindən hazırlanır. Hər bir məhsulun dizaynı, hazırlanması ümumilikdə bir neçə ay davam edir. Bədii tərtibat üçün Azərbaycan ərazisində mövcud olan qədim dövr və orta əsrlərə aid memarlıq abidələrinin, dekorativ tətbiqi sənət nümunələrinin bədii xüsusiyyətləri nəzərə alınır.