İşığın tam daxili qayıtması — işıq optik sıx mühitdən optik seyrək mühitə keçdikdə düşmə bucağının müəyyən αlim<90° qiymətində sınma bucağını β≥90° olması və tamamilə düşdüyü mühitə qayıtması hadisəsidir. Limit bucağı sınma bucağının 90°-nə uyğun gələn düşmə bucağına deyilir.
İşığın sınma qanunu — düşmə bucağı sinusunun sınma bucağı sinusuna nisbəti ikinci mühitin birinci mühitə nisbətən sındırma əmsalına bərabərdir: sinα/sinβ=n2/n1. Onda sinαlim/sin90°=1/n1. Yəni, bu üsulla mühitin havaya(təqribən vakuuma)nisbətən sındırma əmsalını hesablamaq olar.
Mütləq sındırma əmsalı — vakuuma nisbətən sındırma əmsalıdır və işıq sürətinin mühitdə vakuuma nisbətən neçə dəfə azaldığını göstərir: n=c/v. Sındırma əmsalının (n) vahidi yoxdur.
Optik sıx mühit — sındırma əmsalı böyük olan mühitdir. Məsələn, işıq sudan havaya, şüşədən havaya keçdikdə tam daxili qayıtma baş verir. Nisbi sındırma əmsalı mütləq sındırma əmsallarının nisbətinə bərabərdir və sındırma əmsalı böyük olan mühitdə işığın sürəti kiçikdir. Güzgüdən qayıtmada işığın 100% qayıtmasına nail olmaq mümkün olmasa da, tam daxili qayıtmada buna nail olmaq mümkündür və optik cihazqayırmada bundan istifadə olunur.