İşıqlar yaşayış yeri

İşıqlar yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndinin şimal-şərqində orta əsrlərə aid yaşayış yeri.

İşıqlar yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Babək rayonunun Cəhri kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
İşıqlar yaşayış yeri (Azərbaycan)
İşıqlar yaşayış yeri

Təbii cəhətdən əlverişli mövqedə yerləşmişdir. Sahəsi 46 min m²-dir.

Yaşayış yerinin mərkəzində "Xərtənli bulaq" adlanan çeşmə vardır. Vaxtilə Cəhriçayın sol qolu, Canıçaydan çəkilən arxın qalıqları indi də qalmaqdadır. Bu arxın suyundan son vaxtlara qədər əkinçilikdə istifadə edilmişdir. Təbii aşınma nəticəsində yaşayış yerində əmələ gəlmiş yar ğan larda mədəni təbəqənin qalınlığı aydın izlənilir. Təbəqə müxtəlif qalınlıqda qalmış dır. Abidənin bəzi yerlərində onun qalınlığı 3-5 metrdir. Burada olan yaşayış binaları tamamilə dağılmışdır. Lakin bəzi yerlərdə dörd künc formalı çalalara və divar qalıqlarına təsadüf olunur. Yaşayış yerinin böyük bir hissəsi (təqribən sahəsi 16 min m²-dir.) kül yığınları ilə örtülmüşdür. Kül yığınları içərisində gil qab qırıqlarına tez-tez təsadüf olunur. Belə kül yığınları Nəhəcir orta əsr yaşayış yerində də qeydə alınmışdır. Müşahidələrə əsasən demək olar ki, bu kül yığınları dulus kürələrinin fəaliyyəti ilə bağlı olmuşdur. Şübhəsiz ki, İşıqlar yaşayış yerində dulusçuluq sənətkarlığın əsas sahələrindən biri olmuşdur. Yaşayış yerindən aşkar edilmiş materialları iki dövrə bölmək olar. Birinci dövrə aid olan tapıntılar boz, qara, çəhrayı rəngdə bişirilmiş qab qırıqlarından ibarətdir. Onlar ilk orta əsrlərə aiddir. İkinci dövrə orta əsrlərin inkişaf etmiş mərhələsi üçün xarakterik olan maddi-mədəniyyət qalıqları aiddir. Onlar əsasən çəhrayı rəngdə bişirilmiş, həndəsi və nəbati ornamentlərlə naxışlanmışdır. Qablar naxışlandıqdan sonra şəffaf və qeyri-şəffaf şirlə örtülmüşdür. Yaşayış yerinin nekropolu ondan cənubda yerləşən kiçik təpənin üzərində olmuşdur. Təbii aşınma nəticəsində qəbirlərin əksəriyyəti dağılmışdır. Onlar torpaqda qazılmış müsəlman qəbirlərdən ibarətdir.

Yaşayış yerinin adı qədim türk tayfası ilə bağlıdır. Mənbələrdə bununla bağlı geniş məlumatlar vardır. Aşkar edilmiş arxeoloji materiallara əsasən yaşayış yerini III-XVII əsrlərə aid etmək olar.

  • Qədirzadə H.Q. Cəhriçay vadisi: m.ö. IV minillikdən günümüzədək. N., 2007.