İşaxtaranlar

İşaxtaranlar iş axtarışında olduqları müddətdə öz imkanlarını götür-qoy etməli, nəyə qadir olduqlarını, nəyi bacardıqlarını müəyyən etməklə yanaşı, hansı müəssisədə və hansı vəzifədə işləmək istədiklərini, axtardıqları işdən nə gözlədiklərini (gözəl iş şəraiti, maraqlı insanlarla işləmək və sairə), nə qədər məvacib almaq istədiklərini müəyyənləşdirməli, özünün yaxşı və pis keyfiyyətlərini bilməklə yanaşı vəzifə seçimi etməlidirlər. Vakansiya-iş axtaranlara iş tapmaq, işə götürənlərə işçi tapmaq imkanı verən ictimai sistemlərdir.

Bir çox işaxtaranlar əmək bazarının mövcud vəziyyəti ilə tanış olmur və ya olmaq istəmir, hansı iş axtardığını, necə işdə işləmək istədiyini dəqiqləşdirmir, iş barədə tələbini soruşduqda qeyri-müəyyən cavab verirlər. İş axtarışına bu cür yanaşma mövcud əmək bazarında olan real vəziyyətdən xəbərdar olmamaqdan irəli gəlir.

Azərbaycanda kimlər rəsmi olaraq işaxtaran hesab olunurlar?

[redaktə | mənbəni redaktə et]

15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə şəhər, rayon Məşğulluq mərkəzlərinə, şəxsiyyətini təsdiq edən sənədi, əmək kitabçasını (yaxud onu əvəz edən sənədi), peşəixtisası varsa onları təsdiq edən sənədi şəxsən təqdim etməklə işaxtaran kimi qeydiyyata alına bilərlər. Pensiyaçılar, məşğul vətəndaşlar, ilk dəfə işaxtaranlar əmək kitabçasını təqdim etməyə bilərlər.

İşaxtaranın özü haqqında məlumatı

[redaktə | mənbəni redaktə et]

Peşəkar xülasəni faksla, poçtla, email vasitəsilə də işəgötürənə göndərmək, mətbuatda internet səhifələrində də vermək olar. Bunu oxuyan işəgötürən işaxtaranı işə qəbul etmək məqsədilə söhbətə dəvət edə bilər. Xülasə, CV tərtib edilərkən yığcamlığı, konkretliyə, səliqəli yazılışa diqqət etmək lazımdır. Özü haqqında məlumatları seçib göstərməyi bacarmaq lazımdır. Əmək fəaliyyəti haqqında yazdıqda fəallıq ifadə edən fellərdən istifadə etmək məqsədəuyğundur, "kömək etmişəm", iştirak etmişəm" kimi ifadələr işaxtaranın hər hansı bir xidmətdə iştirakını kənardan göstəricisi kimi görünə bilər.

Xülasə, CV işaxtaranın adı, soyadı, dəqiq ünvanı, poçt indeksi, elektron poçtu, telefon nömrəsi (ev, mobil) ilə basşlamalıdır ki, lazım olduqda işəgötürən onu asanlıqla tapa bilsin. Bunlar zəruri informasiyalardır. Təvəllüd, ailə vəziyyəti, ailə tərkibi, sağlamlıq, vətəndaşlıq kimi informasiyalar zəruri olmayan informasiyalara aiddir. Belə informasiyaları o vaxt bildirmək lazımdır ki, xoş təəsürat yaradaraq fayda gətirsin. Əgər işaxtaranın sağlamlığı əladırsa onu göstərə bilər, əksinə olarsa o barədə yada salmaq lazım deyil. Boşanmışam, ayrılmışam sözləri işəgötürəndə əlavə suallar, şübhələr doğura, azyaşlı uşaqlar barədə də yazmaq problemlər yarada bilər. Əgər yaş əlavə əngəllər törədə bilərsə, heç o barədə də yazmaq lazım deyil.

Xülasələrdə, CV-lərdə işaxtaran hansı vakansiyanı əldə etmək istədiyini izah etməlidir. Bir çox mütəxəssislər seçim dairəsini məhdudlaşdırmamaq üçün bu barədə yada salmağı məqsədəuyğun hesab etmirlər. Konkret bir işi əldə etmək üçün tələbi göstərmək yaxşı olardı. Əgər yeganə variant qane etmirsə, konkret iş sahəsini göstərmək olar.

Xülasəyə təhsil haqqında məlumat daxil edilməlidir. Əgər işaxtaran ali məktəb qurtarıbsa, orta təhsil haqqında yada salmamaq da olar. Peşəkar hazırlığa dair nə əhəmiyyət kəsb edirsə hamısı sadalanmalıdır. Təhsil müəssisənin adı, yerləşdiyi yer, tədris müddəti, keçilmiş kurslar, əldə edilmiş nailiyyətlərin hamısı göstərilməlidir. Bu zaman yaradıcı yanaşaraq, siyahını çox uzatmağa da ehtiyac yoxdur. Axtarılan işlə əlaqədar hər hansı bir kurs keçirilibsə, o haqda da qeyd edilməlidir.

Əvvəlki işində qazandığı təcrübə işaxtaranın işədüzəlməsində çox vaxt əsas amil rolunu oynayır. Əvvəlki iş yerləri haqqında tarixlər və vəzifələr xrolonoji qaydada göstərilməlidir. İşaxtaranın dəyişdiyi iş yerləri kifayət qədər çox olarsa, onda seçilən ixtisasa uyğun olan bir neçəsi barədə məlumatlar kifayət edər. Son iş yerindən müsbət xarakteristika ilə ayrılan işaxtaranlar, son iş yerindəki rəisinin adını, vəzifəsini, telefon nömrəsini də qeyd edə bilər. İşdən çıxma səbəbi qeyd edilməsə də olar, xüsusi ilə işdən qovulanlar bunu nəzərə almalıdır.

Xülasə, CV-lərdə işaxtaranlar, bildiyi xarici dillər (hansı səviyyədə göstərilməklə) barədə qeyd etməli, əlavə peşələrə aid iş təcrübəsi, məsələn, hansı tip komputerdə, hansı proqramlarla işləmək bacarığı barədəgöstərməlidirlər.< /p>

İşaxtaranın seçdiyi sahəyə uyğun əsərləri və ixtiraları varsa, bunların ümumi sayını xülasəyə əlavə edə bilər və ya onları ayrıca siyahı ilə də təqdim etmək olar. Seçilən ixtisas üzrə bütün mükafatlar, fəxri fərmanlar, fəxri diplomlar haqqında qeydlər edilməlidir.

Əgər işaxtaran düşünürsə ki, üzvi olduğu ictimai təşkilatın və ya partiyanın fəaliyyəti ictimaiyyətdə müsbət maraq doğurur, onda hər hansı bir ictimai təşkilata və ya partiyaya üzvlüyü haqqında kiçicik bir qeyd göstərə bilər.