İşlənmiş yağlar

İşlənmiş yağlar tərkibində əsasən parafin və aromatik karbohidrogenlər, qocalma məhsulları və metallar olan dizel,aviasiya,həmçinin hidravlik sistemlərdə və transmissiyalarda istifadə olunan yağlardır.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Metallar əsasən qurğuşundan ibarətdir. Bu metallar yanacağa qatılan qurğuşun antidefonatorların istifadəsi ilə yağa düşür. Son 70-ci illərdə bu defonatorlara qoyulan məhdudiyyətlə onun istifadəsi hazırda 1,0%-dən 0,1%-dək düşmüşdür. Buna baxmayaraq işlənmiş yağların tərkibində onun azacıq miqdarı ekoloji problem yaradır.

Müxtəlif çətinliklərə baxmayaraq işlənmiş yağlardan faydalanmaq aktuallığı davam edir.

Emal prosesləri[redaktə | mənbəni redaktə et]

Emal prosesləri üç əsas istiqamətdə aparılır:

  • baza komponentlərinin alınması;
  • işlənmiş yağların təyinat növləri ilə regenerasiyası, bu halda qocalma prosesi ilə tərkibdə qalan aşqarların parçalanmasının qarşısını almaqla əmtəə yağlarının yenidən bərpası;
  • işlənmiş yağlar qarışığından emal prosesi ilə yanma sobalarında istifadəsinin təyini.

Toksikliyi[redaktə | mənbəni redaktə et]

Təəssüf ki, sürtkü yağlarının işlənmiş nümunələrinin ətraf mühitə təsiri və onların müxtəlif sənaye tullantıların ətraf mühitə neqativ təsirini qiymətləndirən yeganə metod olmadığından onların verdiyi ziyanı kəmiyyətcə qiymətləndirmək mümkün olmur. Bu isə insanların zəhərlənməsi ilə əlaqədar onların əmək qabilyyətinin itirməsi, kadrların azalması, milli gəlirin aşağı düşməsi və s. ilə nəticələnir. Işlənmiş yağların tətbiq sahəsi müxtəlifdir: xammal, yanacaq, sürtkülərin tərkibində istifadəsi, mühafizəedici maddələr və s. ilə yanaşı regenerasiya üsulu ilə təmizlənən məhsullarından baza yağı kimi müxtəlif təyinatlı motor yağlarının yaradılmasında tətbiqi mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan tətbiq sahələri iqtisadi cəhətdən böyük səmərə verir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Fərzəliyev V, M., Cavadova H. Ə., Ramazanova Y. B., Məmmədova А, X., Hüseynova A. Ə., Cavadova E. M., Yusifova A. R. Gəmi dizelləri üçün motor yağı // Patent İ 2015 0075