İƏT Modeli

İƏT Modeli gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki,İƏT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır.İƏT modeli müsəlman gəncləri diplomatiya çərçivəsində təşkilatlandıraraq daha ədalətli dünya qurmaqdır.

İƏT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar.

İƏT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər.

Ümumi Qaydalar

[redaktə | mənbəni redaktə et]

· Bütün konfrans iştirakçıları bir-birlərinə, həmçinin konfrans katibliyinə qarşı hörmətlə davranmalıdır.

· İştirakçılar konfrans müddəti ərzində rəsmi geyim formasına riayət etməlidir

· Etika qaydalarının pozulmasına məruz qalan iştirakçılar katibliyə müraciət edə bilərlər.

· Etik qaydaları pozan iştirakçılar belə hal ilk dəfə yaşandıqda katiblik tərəfindən xəbərdarlıq alırlar. Qaydaları pozmaqda davam edən və ya kəskin qayda pozuntusuna yol açan iştirakçılar müvəqqəti sessiyalarda iştirak və səsvermə hüquqlarından məhrum edilə, eləcə də son instansiya olaraq konfransdan kənarlaşdırıla bilərlər

· Katiblik sədr və direktordan ibarət olmaqla komitənin işinə və qaydaların düzgün tətbiqinə nəzarət edir, iclasları açıq və qapalı elan edir, iştirakçılara çıxış etmə hüququnu verir, komitə qarşısında müvafiq suallar qaldırır, təklif və bildirişləri səsverməyə qoyur və səlahiyyətində olan digər məsələləri həll edir.

· Komitə sədri səlahiyyəti daxilində əvvəlcədən xəbərdarlıq etməklə qaydalarda dəyişikliklər edə, iştirakçılar tərəfindən verilən təklif və bildirişləri mövzudan kənar olması ilə əlaqədar müzakirəyə çıxarmaya bilər, lazım olduqda iclasın vaxtından əvvəl və ya sonra yekunlaşdırılması, çıxış vaxtının qısaldılması ilə bağlı təkliflər verə bilər.

Klub rəhbərləri

[redaktə | mənbəni redaktə et]

· Konfransda klub nümayəndələri qismində klub rəhbərləri (prezident və vitse-prezidentlər) çıxış edir, müzakirələrə qatılır, təkliflər və bildirişlər qaldıra bilir və səsvermədə iştirak edirlər.

· Klublar bir və daha çox nümayəndə tərəfindən təmsil edilə bilərlər, ancaq saydan asılı olmayaraq bir iştirakçı (klub) olaraq qeydiyyatdan keçə və yalnız bir səsvermə hüququna sahib ola bilərlər.

· Komitənin müzakirələrə başlaması üçün ümumi iştirakçı siyahısının 1/3-i, səsvermə üçün 2/3-si iclas keçirilən məkanda hazır olmalıdır.

· Hər sessiyanın əvvəlində katiblik iştirakçıların (klubların) adlarını çəkərək şifahi qeydiyyat aparacaq. Şifahi qeydiyyata gecikən iştirakçı sonradan sədrə yazılı ismarış göndərərək qeydiyyatdan keçə bilər. Yalnız qeydiyyatdan keçmiş iştirakçılar müzakirələrə qatıla və səs verə bilərlər.

Debatla Bağlı Qaydalar

[redaktə | mənbəni redaktə et]

· Sədr/Direktor konfrans müddəti ərzində əvvəlcədən elan verməklə təkliflər qəbul edir. Nümayəndələr yalnız sədrin elanından sonra plakatlarını qaldıraraq təklif vermək üçün icazə istəyə bilərlər.

· Nümayəndələr etdikləri təklif haqqında bütün lazımi məlumatları deməlidir. Sədr/Direktor istədiyi vaxt təkliflərin qəbulunu dayandıra və mövcud təklilər üzrə səsverməyə keçə bilər.

· Konfransın gedişatına ən çox müdaxilə edən təklifdən başlayaraq təkliflər səsverməyə qoyulur, eyni kateqoriyada iki və daha çox təklif varsa, daha əvvəl qaldırılan təklifin səsverməsi daha əvvəl edilir.

· Sədr səsvermədən keçən təklifi icra edir, heç bir təklif səsvermədən keçməzsə, konfrans əvvəlki gedişat üzrə davam edir.

· Siyahıya alınan təklif (bir əvvəlki təklif səsvermədən keçdiyi üçün) səsverməyə qoyulmazsa, növbəti səsvermədə qeydə alınmır, ancaq eyni təklif növbəti səsvermələrdə təkrar qaldırıla bilər.

Təkliflərin növləri

[redaktə | mənbəni redaktə et]

· Nümayəndələr konfransı yekunlaşdırmaq, müzakirələri yekunlaşdırmaq, fasiləyə çıxmaq, sənədlərlə bağlı səsvermə prosedurunu başlatmaq, iclasın formatını seçmək (qeyri-formal və formal iclas növləri), ümumi çıxış siyahısında çıxış vaxını uzatmaq və digər məsələlərlə bağlı təklif qaldıra bilərlər.

· Təkliflər konfrans gedişatına ən çox müdaxilə edən təklifdən başlayaraq ən az müdaxilə edənə qədər davam edən ardıcıllıqla səsverməyə qoyulur. Katiblik tərəfindən qəbul edilən ardıcıllıq bu maddənin a bəndində təkliflərin yazılma ardıcıllığı ilə eynidir.

Ümumi çıxış siyahısı

[redaktə | mənbəni redaktə et]

· Ümumi Çıxış Siyahısı ümumi müzakirələr başladığı zaman açılır və səsvermə prosesi başlayana qədər konfrans müddətincə açıq qalır. Siyahı ilk dəfə açılanda və sessiyalar zamanı Sədr/Direktor nümayəndələrin siyahıya qeydiyyatını şifahi və yazılı qaydada aparır.

· Ümumi Çıxış siyahısına əlavə olunmaq istəyən nümayəndə bunu Sədr/Direktor elan etdiyi zaman plakatı qaldıraraq və ya Sədr/Direktora yazılı qeyd göndərməklə bildirə bilər.

· Ümumi Çıxış Siyahısı bütün debat boyunca açıq olur, ancaq formal və qeyri-formal iclaslar müddətində dondurulur.

Xüsusi iclas növləri

[redaktə | mənbəni redaktə et]

· Formal iclas – Formal iclas növü ümumi mövzu daxilində hər hansı bir spesifik mövzunun müzakirə olunduğu iclas növüdür. Bu növ təklifi qaldıran nümayəndə qısaca təklifin məqsədini izah etməli, individual və ümumi danışıq vaxtını dəqiqləşdirməlidir. Nümayəndələrdən əvvəlcədən dəqiqləşdirilmiş vaxta və mövzuya uyğun olaraq qaydalara müvafiq şəkildə çıxış etmələri gözlənilir.

· Qeyri-formal iclas – Qeyri-formal iclas növü nümayəndələrin sərbəst şəkildə hər hansı bir spesifik mövzunu müzakirə etdiyi və ya yekun sənədin yazılması ilə bağlı işlərin aparıldığı iclas növüdür. Qeyri-formal iclas növünü təklif edən nümayəndə qısaca iclasın məqsədini izah etməli və ümumi vaxtı dəqiqləşdirməlidir. Qeyri-formal icalsın ümumi vaxt limiti 20 dəqiqəni keçməməlidir. Sədr/Direktor əgər təklifi həmin zamanda müzakirə üçün uyğun hiss etməzsə, təklifi qaydadan kənar elan edə bilər. Nümayəndələr prosedural qaydalardan azad olunurlar və istədikləri yolla əlaqə qura bilərlər. Nümayəndələrə bundan başqa verilən vaxtı səmərəli istifadə etməyi məsləhət görülür.

Digər təkliflər

[redaktə | mənbəni redaktə et]

· Müzakirələri yekunlaşdırmaq haqda təklif gündəlikdə olan bütün müzakirənin bitirilməsini və təqdim edilən əsaslı təkliflər üzrə səsverməyə keçidi tələb edir.

· Konfransı yekunlaşdırmaq barədə təklif iclasın bütün işinin dayandırılmasını tələb edir. Bu normalda komitə sessiyasının sonunda istifadə olunur.

Çıxışla bağlı qaydalar

[redaktə | mənbəni redaktə et]

· Çıxış etmək hüququ — Nümayəndələr yalnız Sədr/Direktorun onları tanıdıqlarından sonra çıxış etmək hüququ ilə təmin olunurlar. Bu icazəni əldə etmək üçün nümayəndədən öz plakatını qaldırması gözlənilir. Nümayəndələr 3.şəxsdə danışmalıdırlar, 1.şəxsdə olan nitqlər icazə verilmir.

· Çıxışlarda vaxt limiti — Sədr/Direktor tərəfindən qoyulan minimum vaxt limiti 30 saniyə, maksimum isə 2 dəqiqədir. Nümayəndələr vaxt limitini dəyişmək üçün təklif qaldıra bilərdilər. Nümayəndələr çıxış müddətini debatlar müddətində də uzada və ya limitləyə bilərlər.

· Vaxtın ötürülməsi — nümayəndənin artıq vaxtı qalarsa, o vaxtını başqa nümayəndəyə və ya Sədr/Direktora ötürə bilər.

· Cavab vermə hüququ — Nümayəndə əgər başqa nümayəndənin onu təhqir etdiyini və ya ölkənin milli kimliyinin tənqid olduğunu hiss edərsə cavabvermə hüququnu tələb edə bilər. Bu hüquq Sədr/Direktor tərəfindən tanınmalıdır.

· Bildiriş qaldırmaq — Çıxış edən nümayəndəyə mane olmamaq şərtiylə hər hansı bir bildiriş nümayəndə tərəfindən qaldırıla bilər. Bildiriş qaldırmaq üçün nümayəndə uyğun zamanda plakatını qaldırmalı və Sədr/Direktorun ondan bildirişi tamamilə bəyan etməsinə aid dəvəti gözləməlidir.

· Şəxsi imtiyaz bildirişi — Əgər nümayəndənin iştirakının qabağını alan hər hansı bir hal varsa və ya nümayəndə özünü narahat hiss edirsə, şəxsi imtiyaz barədə bildiriş qaldırıla bilər. Məsələn, əgər nümayəndə nə deyildiyini eşitmirsə, ya da ekranda göstərilən hər hansı bir şeyi görmürsə, o şəxsi imtiyaz bildirişi qaldıra bilər. Nümayəndə yalnız çıxış edən şəxsi eşidə bilmədiyi halda onun nitqi müddətində bildiriş qaldıra bilər.

· Qayda pozuntusu haqda bildiriş — Hər hansı müzakirə müddətində nümayəndə Sədr/Direktor tərəfindən yola verilmiş ümumi prosedura uyğun olmayan bir hal gördükdə qayda pozuntusu haqda bildirişi qaldıra bilər. Bildiriş çıxış edən şəxsin sözünü kəsməməli, nitqin sonunda qaldırılmalıdır.

· Sorğu üçün bildiriş — Nümayəndə Sədr/Direktora ümumi prosedurun qaydalarına aid sualları konfrans ərzində verə bilər. Bu bildiriş də çıxış edən şəxsin sözünü kəsməməlidir.

Səsvermə prosesi

[redaktə | mənbəni redaktə et]

· Səsvermənin növləri – Nümayəndələr "xeyrinə", "əleyhinə" və "bitərəf" olmaqla səs verə bilər. Yekun sənədlə bağlı səsvermə xaric iştirakçılar digər səsvermələrdə bitərəf qala bilməzlər.

· Yetərsay – Yekun sənəd, konfransın yekunlaşdırılması, müzakirələrin yekunlaşdırılması kimi məsələlər qəbul edilməsi üçün iştirak edən nümayəndələrin 2/3-sinin, qalan məsələlər 1/2-nin leyhinə səsverməsini tələb edir.

Konfransın Dili

[redaktə | mənbəni redaktə et]

Adətən, konfransın rəsmi dili əsasən İngilis dili olur və bütün yazılı və şifahi işlər İngilis dilində aparılır.

İƏT Modeli konfransların demək olar ki, hamısında nümayəndələrdən rəsmi geyim tərzi tələb edilir, çünki geyim tərzinin peşəkarlığı millətə, təşkilata və fərdi nümayəndələrinə hörmət göstəricisi kimi qəbul olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://www.modeloic.org/