Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İriyаrpаq dоrоnikum - (lat. Doronicum macrophyllum)
Çoxillik, hündürlüyü 50-150 sm olan, gövdəsi şırımlı, orta və ya yuxarı hissədən az budaqlı, vəzili-tüklü, qısa kökümsovlu bitkidir. Kökyanı yarpaqları uzunsaplaqlı, yumru və ya üçkünc ürəkvaridir, uzunluğu 30 sm, eni 20-25 sm çatır, orta və yuxarı yarpaqları oturaqdır. Səbətləri iri, diametri 10–20 mm enli zınqırovvaridir, qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı 2-3 sıralı, yarpaqcıqları uzunsov lansetvari, sıx vəzilidir. Dilcik çiçəklərinin uzunu 20-30, eni 3–5 mm, sarı rəngdədir. Toxumcaları 3–5 mm, tinli silindirik-uzunsov, mixəyi rəngdədir; kəkili ağ, nahamar tüklü, toxumca ilə eyni ölçüdədir.[1]
BQ qərbi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ və subalp qurşağında yayılmışdır. Dağ meşələrində, subalp çəmənliklərində, dağ çaylarının kənarlarında bitir.[2]