İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina

İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina[1] - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 97 ünvanında yerləşən bina. Bina o baxımdan əhəmiyyətlidir ki, binada iki dəfə görkəmli rus alim-fizioloqu, İvan Petroviç Pavlov qalmışdır. Bina Rusiyanın Federal əhəmiyyətli mədəni irs siyahına daxil edilmişdir.

İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina
rus. Дом, в котором в 1881 и 1887 годах
жил И. П. Павлов
Xəritə
47°13′27″ şm. e. 39°43′35″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1905
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bolşoy Sadovnaya küçəsində yerləşən bina XIX əsrin üçüncü yarısında inşa edilmişdie. Bina Yevstinqney Nikiforoviç Xmelnisə məxsus idi. O, şəhərin rəhbəri olmuşdur. Onun arvadının kiçik bacısı Serafima Vasilevna Karçevskaya İvan Petroviç Pavlovun gələcək həuat yoldaşı olmuşdur[2].

1881-ci ilin yazında Pavlov Karçevskaya evlənmək məqsədilə Rostov şəhərinə gəlmişdir. Bu zaman o, Xmelnislərin evində qalmışdır. 25 may 1881-ci ildə toy baş tutur. Şənlik Xmelnislərin evində ailə üzvləri arasında keçirilmişdir. Yeni evlilər bu binada iki həftə qalmışdır. 1887-ci ildə Pavlov həyat yoldaşı və oğlu ilə birlikdə yenidəm Rostov-na-Donu şəhərinə gəlmişdir. O, ailəsi birlikdə Xmelnislərin evində qalmışdır.

1949-cü ildə İvan Petroviç Pavlovun yüz illiyi məqsədilə binanın fasadında memorial lövhə yerləşdirilmişdir: «1881 və 1887-ci illərdə binada dahi rus fizioloqu İvan Petroviç Pavlov yaşamışdır — Bizim yurdun vəhənpərvəri, müasir materialist fizilogiyasının banisi». 30 avqust 1960-cı ildə RSFSR Nazirlər Sovetinin qərarı ilə dövlət tərəfindən qorunmasına qərar verilmişdir. 1971-ci ildə binanın fasadında olan memorial abidə yenisi ilə əvəzlənmişdir. Hazırda binada uşaq mağazası yerləşir.

Bina bir mərtəbəyə sahibdir. Kərpiçdən inşa edilmişdir. Geniş dam sahəsinə sahibdir. Fasadı Bolşoy Sadovnaya küçəsinə açılır. Əsas fasadı dekor elemenləri ilə zəngindir. Mərkəzi hissədə beş pəncərə vardır. Əsas giriş binanın solunda qərarlaşır. Bina dəhliz sisteminə malikdir.

  1. "Ростов-на-Дону. Объекты культурного наследия (памятники истории и культуры) государственного (федерального) значения". Официальный портал Правительства Ростовской области. 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-18.
  2. Владислав Смирнов. "Ростовский след в биографии Ивана Петровича Павлова". Журнал RELGA. 2012-11-16. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-18.