İNALCO

Inalco & BULAC, 2015

Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCOFransanın Paris şəhərində yerləşən institut.

Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, AfrikaAmerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.

İNALCO-da Azərbaycan dili

[redaktə | mənbəni redaktə et]

İNALCO-da Azərbaycan dilinin tədrisinə ilk dəfə 1999-cu il martın 5-də başlanılıb. İNALCO-nun türk və fars dilləri fakültəsinin 20 fransız tələbəsinin qatıldığı ilk dərsləri Aygün Eyyubova keçib. Sonrakı illərdə daha iki müəllim - Elnurə ZeynalovaJil Otye Azərbaycan dilinin tədrisinə qoşulub. 2008-ci ilin noyabrından isə bu təhsil üçün rəsmi diplom təsis edilib. Belə ki, 9 il ərzində İNALCO-nun bir neçə fakültəsində Azərbaycan dili tədrisin tərkib hissəsinə çevrilib. Rəsmi dilpom təsis olunandan sonra isə tələbələr Azərbaycan dilini ayrıca kurslarda öyrənmək və bu sahə üzrə diplom almaq imkanı əldə ediblər.

2008-ci il noyabrın 7-də Parisdə, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir[1].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]