Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
INOGATE Proqramı Avropa İttifaqı (Aİ) Qara Dəniz və Xəzər Dənizi hövzəsi ölkələri və onların qonşuları arasında beynəlxalq enerji əməkdaşlığı Proqramıdır. Proqram 1996-cı ildən fəaliyyət göstərir.
İNOGATE Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və uzun müddətdən bəri davam edən enerji sahəsində texniki yardım proqramlarından biridir. 2006-cı ilədək Proqram TACIS Regional Əməkdaşlıq Proqramı tərəfindən, 2007-ci ildən etibarən isə Proqram Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) – Şərqi Regional İndikativ Proqramı 2007–2010 və 2010–2013-cü illər çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) tərəfindən maliyyəlləşdirilməkdədir. EuropeAid bu proqrama AQTA və İnkişaf Əməkdaşlığı Aləti vasitəsilə dəstək göstərir.
INOGATE 1995-ci ildə Neft və Qazın Avropaya Dövlətlərarası Nəqlinə (INterstate Oil and GAs Transportation to Europe) Avropa İttifaqının dəstək mexanizmi kimi başladılmışdır (Bu səbəbdən adını akronimdən almaqdadır). İlkin mərhələdə Proqram Şərqi Avropa və Qafqazlardan Avropa İttifaqına uzanan neft və qaz boru kəmərlərinin fəaliyyəti ilə bağlı olmuşdur. 2001-ci ildə Kiyevdə 21 ölkə tərəfindən boru kəmərlərinin inkişafı və möhkəmləndirilməsi sahəsində əməkdaşlığa dair "Çərçivə Sazişi" imzalanmışdır. Bundan sonra 2004-cü ildə Azərbaycanın paytaxtı Bakıda və 2006-cı ildə Qazaxıstanın paytaxtı Astanada keçirilmiş Konfranslarla INOGATE Aİ və keçmiş Sovetlər İttifaqı ölkələri (Rusiya Federasiyası və Baltik Dövlətləri xaric və Türkiyə daxil olmaqla) arasında geniş enerji tərəfdaşlığı alətinə çevrilmiş və fəaliyyətlərini dörd istiqamət üzrə cəmləmişdir:
• Enerji təhlükəsizliyinin artırılması
• Aİ-nın daxili enerji bazarının prinsipləri əsasında üzv ölkələrin enerji bazarlarının yaxınlaşdırılması
• Dayanıqlı enerji inkişafının dəstəklənməsi
• Ümumi və regional maraqlara cavab verən enerji layihələrinə investisiyaların cəlb olunması.
INOGATE Proqramının Tərəfdaş ölkələri aşağıdakılardır:
Türkiyə INOGATE Proqramının Tərəfdaş ölkəsi qismində çıxış edir və mütəmadi olaraq INOGATE iclaslarında iştirak etməyə dəvət edilir, lakin Türkiyə bu proqramda benefisiar ölkə deyildir.
Bakı Təşəbbüsü Avropa İttifaqı və INOGATE Tərəfdaş ölkələrin enerji əməkdaşlığı sahəsində siyasi dialoqunun nəticəsi olmuşdur. Təşəbbüs 13 Noyabr 2004-cü ildə Bakıda keçirilmiş Nazirlər Konfransında elan edilmişdir. İkinci Nazirlər Konfransı 30 Noyabr 2006-cı ildə Astanada keçirilmiş və bu Konfransda INOGATE Proqramının Tərəfdaş ölkələrdə enerji sahəsində Avropa İttifaqı ilə geniş əməkdaşlığı əhatə etmək səlahiyyətində olduğu təsdiq edilmişdir.
Bakı Təşəbbüsünün bir məqsədi iştirakçı ölkələrin enerji bazarlarının Aİ-nin enerji bazarı ilə inteqrasiyasının möhkəmləndirilməsi, şəffaf enerji bazarlarının yaradılması, investisiyaların cəlb olunması, enerji təchizatının təhlükəsizliyinin möhkəmkləndirilməsidir. (Təşəbbüsün digər aspektləri nəql məsələləri ilə əlaqədar idi). Tərəfdaş ölkələr Aİ və beynəlxalq qanunvericilik və tənzimləmə çərçivəsinə uyğun olaraq funksional inteqrasiya olunmuş enerji bazarının yaradılması, mövcud infrastrukturun genişləndirilməsi və modernizasiyası yolu ilə enerji təchizatının təhlükəsizliyinin və etibarlılığının artırılması, köhnəlmiş enerji istehsalı infrastrukturunun ətraf mühitə dost sistemlərlə əvəz edilməsi, yeni infrastrukturların inkişafı və müasir monitorinq sisteminin icrası, səmərəli və dayanıqlı enerji sistemlərinin inteqrasiyası vasitəsilə enerji tələbatı və təchizatının inkişaf etdirilməsi, ümumi maraqlara cavab verən iqtisadi və ətraf mühitin qorunması baxımından maraq kəsb edən layihələrin maliyyələşdirilməsinin təşviq edilməsi sahələrində hüquqi və texniki standartların uyğunlaşdırılması məqsədləri barədə razılığa gəlmişlər. Bu və digər məqsədlərə nail olunması üçün lazım olan "Yol Xəritəsi" Astana Nazirlər Konfransında qəbul edilmişdir.
Proqramın koordinasiya orqanı Ukraynanın Paytaxtı Kiyevdə olan Texniki Katiblikdir və Gürcüstanın Tbilisi, Özbəkistanın Daşkənd şəhərlərində regional ofisləri fəaliyyət göstərir. İNOGATE Texniki Katibliyi bütövlükdə proqramın, həmçinin də fərdi layihələrin görünüşünün, koordinasiyasının, uyğunluğunun və davamlılığının təmin edilməsində əhəmiyyətli rola malikdir. Bakı Təşəbbüsü dörd işçi qrup ilə icra olunur və hər bir qrup bütün üzv ölkələrin nümayəndələri təmsil olunurlar:
AQTA tərəfindən maliyyələşdirilən bir sıra spesifik layihələr INOGATE Proqramı ilə bağlıdır və INOGATE internet səhifəsində yer almaqdadır. 2009-cu ilin fevral ayının məlumatına əsasən bu layihələr tərəfdaş ölkələrdə neft və qaz tranzit infrastrukturlarının təhlükəsizliyinin və etibarlılığının artırılması, Mərkəzi Asıya ölkələrində koordinasiya edilmiş milli enerji siyasətinin inkişaf etdirilməsi, Tərəfdaş ölkələrdə bazarın inteqrasiyası və dayanıqlı enerji təşəbbüslərinin dəstəklənməsi layihələrini əhatə etməkdədir.
INOGATE Proqramı Ukraynanın Boyarka məntəqəsində Karbohidrogen Metrologiyası üzrə Şərqi Avropa Regional Mərkəzinin yaradılması işində yaxından iştirak etmişdir və bu məntəqə regionda və digər ölkələrə qaz nəqli üçün tənzimləmə xidmətləri göstərməkdədir. Bu nümunə Qərbi Avropa Standartlarına uyğun fəaliyyət göstərən regional enerji bazarının inkişafında əhəmiyyətli elementdir.
INOGATE Proqramının davam edən konfransları və nəşrləri mövcuddur. Onun internet portalı tərəfdaş ölkələrdə enerji yenilikləri və Aİ-nin müvafiq təşəbbüsləri və siyasəti barədə mütəmadi yenilənən informasiyanı əks etdirir.
Proqram Tərəfdaş ölkələrin ənənəvi enerji mənbələrindən asılılığını, onların idxalının azaldılmasını, iqlim dəyişikliyi və ümumi mitiqasiyanın azaldılmasını dəstəkliyi.
"INOGATE Layihəsi" Aİ tərəfindən maliyyələşdirilən digər regional enerji layihələri kimi dörd INOGATE əməkdaşlıq sahəsi üzrə Tərəfdaş ölkələrdə enerji siyasəti sahəsində əməkdaşlığı dəstəkləməkdədir. Proqramın başlandığı 1996-cı ildən indiyədək təxminən 61 INOGATE layihəsi icra olunmuşdur.
Hazırda aşağıda qeyd olunan 3 aktiv icra olunan INOGATE Layihəsi mövcuddur:
• INOGATE Texniki Katibliyi və Bakı Təşəbbüsü və Şərq Tərəfdaşlığının enerji məqsədlərinə dəstək inteqrə edilmiş Proqramı; İcra müddəti: 02/2012–01/2015, Ümumi dəyəri: 16,6 milyon avro
• Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Tikinti Sektorunda Enerjiyə Qənaət Təşəbbüsü; İcra müddəti: 01/2010–12/2013, Ümumi dəyəri: 4,5 milyon avro
• Mərkəzi Asiya üçün Dayanıqlı Enerji Proqramı: Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi; İcra müddəti: 01/2013–12/2015, Ümumi dəyəri: 4 milyon avro.
• INOGATE layihələrinə əlavə olaraq INOGATE ilə əlaqədar layihə (birbaşa INOGATE layihəsi kimi təşviq olunmur, lakin INOGATE fondundan istifadə edir və eyni məqsədləri təbliğ edir) Proqram tərəfindən nəzərə alınmaqdadır:
• Şərqi Avropa və Mərkəzi Asiya Şəhərlərinin "Merlər Sazişi" təşəbbüsündə (INOGATE ilə əlaqədar layihə) iştirakının dəstəklənməsi; İcra müddəti: 09/2011–09/2013, Ümumi dəyəri: 2.15 milyon avro.
• Hər bir fərdi layihə öz fəaliyyətlərinin səmərəliliyindən məsuldur. Eyni zamanda INOGATE Texniki Katibliyi Layihəsi geniş INOGATE Proqramı çərçivəsində onların nəticələrini təşviq edəcəkdir.