İXP-388 aşqarı

ИХП-388 aşqarı – tiofosfinat tipli coxfunksiyalı polimer aşqardır.

ИХП-388 aşqarı yüksək yuyucu-dispersləşdirici, antikorroziya, antioksidləşdirici və neytrallaşdırıcı xassələr daşıyır. Digər aşqarlardan fərqli olaraq, ИХП-388 aşqarı yağların özlülük indeksinin qiymətini 5–12 vahid artırır, yüksək hidrolitik davamlılığa malikdir.

ИХП-388 aşqarı ilk dəfə izobutilen-stirol birgə polimerinin (və ya poliizobutilenin, daha sonra isə poliheksen-stirol birgə polimerinin) fosforkükürdləşdirilmiş məhsulunun alkilfenolla qarışığının maqnezium oksidlə neytrallaşmasından alınmışdır, sonra isə barium, kalsium və sink duzları da sintez edilmişdir. ИХП-388 aşqarının sintezi texnologiyası AMEA Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda işlənib hazirlanmışdır. ИХП-388 aşqarı almaq üçün istifadə olunan polimerin molekul kütləsi 600–800 hədləri arasındadır. ИХП-388 aşqarınin əsas göstəriciləri: küllülük – 7–10%, kükürdün miqdarı – 2,5–3,0%, fosforun miqdarı – 1,5–1,7%.

ИХП-388 aşqarı avtomobil və dizel yağlarının istismar xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. Motor yağlarının ИХП-388 aşqarının istifadəsi ilə karbürator və dizel mühərriklərində sınaqları göstərdi ki, bu aşqar yağların istismar xassələrini xeyli yaxşılaşdıraraq mühərriyin hissələrinin təmizliyini qoruyur, yeyilməsini və karbon əmələ gəlməsini azaldır, nəticədə isə mühərriyin işinin etibarlılığı və uzunmüddətliyi artmış olur. Çoxfunksiyalı ИХП-388 polimer aşqarından istifadə edilməklə müasir güclü dizel və karbürator mühərriklərində istifadə olunan yağlar üçün effektiv aşqar kompozisiyası yaradılmışdır.

  • Кулиев А. М. Химия и технология присадок к маслам и топливам. Л: Химия, 1985. с. 209.
  • Справочник химика 21. Химия и химическая технология. С. 91–92.
  • Электронная библиотека. Топлива, смазочные материалы, технические жидкости.
  • Tətbiq olunan işlər. Aşqarlar Kimyası İnsitutunun saytı ica.az.