İblis dənizi Yapon balıqçılar Filippin dənizinin şimal hissəsində yerləşən Miyakecima adasının ətrafındakı (Tokiodan 128 km cənubda) Sakit okean sularını İblis dənizi adlandırıblar. Paranormal tədqiqatçılar gəmilər və təyyarələr müəmmalı şəkildə yox olduğuna görə bu zonanı Bermud üçbucağına bənzədirlər[1]. Ufoloji ədəbiyyatda İblis dənizində kabus-gəmilərinin və naməlum uçan obyektlərin göründüyünə dair iddialara rast gəlmək olar.
İblis dənizi | |
---|---|
Yerləşməsi | |
25° şm. e. 137° ş. u. |