İbn əl-Müsənna

İbn əl-Müsənna (tam adı: Fəxrəddin Əbülfəzl İsmayıl ibn əl-Müsənna ət-Təbrizi) — Bağdadın "ən-Nizamiyyə" mədrəsəsində mühazirələr oxuyur. O, "Azərbaycan tarixi" əsərinin müəllifidir. Lakin çox təəssüf ki, bu əsər bizə qədər gəlib çatmamışdır. İbn əl-Müsənna hicri 580 (1185)-ci ildə Təbrizdə vəfat etmişdir. Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib edən İbn əl-Fuvati yazır: "Mən Təbrizdə tam mənasında gör-kəmli şəxsiyyətlər barəsində soruşanda mənə İbn əl-Müsənnanın adını çəkdilər. Mən soruşdum: "Ona bənzər ikincisi varmı?" və mənə cavab verdilər: "O, təkdir və ikincisi yoxdur".[1]

İbn əl-Müsənna
Doğum yeri
Vəfat tarixi 1185
Vəfat yeri
Fəaliyyəti alim
  1. Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007.səh.207–208.