Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi (İbn Abidin) (d. 1198/1784 – ö. 1252/1836) - Osmanlı imperiyasının son dövrlərində yaşamış ən görkəmli müsəlman fəqihlərindən biri.
İbn Abidin | |
---|---|
Məhəmməd Əmin ibn Ömər əd-Dəməşqi | |
Doğum tarixi | |
Doğum yeri | Osmanlı imperiyası, Dəməşq |
Vəfat tarixi | |
Vəfat yeri | Osmanlı imperiyası, Dəməşq |
Dəfn yeri |
|
Milliyyəti | ərəb |
Elm sahələri | fiqh, təfsir |
1198 (1784)-cü ildə Suriyanın Şam (Dəməşq) şəhərində anadan olmuşdur. O, hənəfi məzhəbinin mənsublarından olmuş, da doğulub orada yaşamışdır. Tam adı Səid Məhəmməd Əmin ibn Ömər ibn Əbdül-Əzizdir. Həzrəti Hüseynin (ə) nəslindən olub atasının anası "Xülasətül əsər" adlı əsərin müəllifi olan Mühibbinin qızıdır. Zühd (dünya sevgisini tərk edənə deyilir) və təqvasına görə Abidin ləqəbi ilə tanınan beşinci babası Məhəmməd Səlahiddinə nisbətlə İbn Abidin deyə adlandırılmışdır. Səid Məhəmməd atası ilə birlikdə ticarətlə məşğul olmuşdur. 1836-cı il, 5 avqust tarixində Şamda vəfat etdi ve Babüssəğir qəbristanlığında dəfn edildi.[1]
Erkən yaşlarından elmə maraq göstərmiş, Quranı və onun təfsirini öyrənmişdir. O, Şamda Məhəmməd Səid əl-Həməvidən qiraət dərsləri alaraq qiraətə dair bəzi əsas mətnləri əzbərləmişdi. Bu müəllimindən sərf, nəhv və Şafii fiqhini də öyrənmişdir. Şafii fiqhinə dair əz-Zübədi və başqa əsərləri əzbərlədi. Daha sonra Məhəmməd Şakir əs-Salimi əl-Akkaddan hədis və təfsir dərsləri alan İbn Abidin Hənəfi məzhəbinə keçərək bu müəlliminin vasitəsi ilə əl-Bəhrür-raik, əl-Hidayə və başqa əsərləri öyrəndi. Haskəfinin əd-Durrül-muxtar əsərini oxuyan vaxt müəlliminin vəfatı ilə əlaqədar (1222/1807) əsərinin qalanını müəlliminin tələbəsi olan Məhəmməd Səid əl-Hələbinin yanında başa çatdırdı. Müəllimi Akkad onu öz müəllimlərinin də dərslərinə aparmış və Məhəmməd əl-Küzbəri, Əhməd əl-Əttar, Məhəmməd Nəcib əl-Kalai və Məhəmməd Əbdürrəsul əl-Hindi kimi müəllimlərdən ona dair razılıq almışdır.[1] Yazıları ilə o, hələ müəllimlərinin sağlığında tanınmışdır. Hənəfi məzhəbində o, məzhəbin yeddinci soyunun ən nüfuzlu alimlərdən biri hesab edilmişdir. Onun “Rəddül-Muhtar alə Durrül-Muxtar” adlı fiqh kitabı bu məzhəbdə yüksək dəyərləndirilir. Bu kitabda o, müxtəlif dövrlərdə yaşayan İslam fəqihlərinin ayrı-ayrı məsələlər üzrə verdiyi hökmlərini toplamışdır. Bundan başqa İbn Abidin, müsəlman hüququ ilə digər əsərlərin, eləcə də Quranın təfsirçisi olmuşdur. O, İslamdakı müxtəlif təriqətlərin baxışlarını ənənəvi İslam baxımından araşdıraraq təhlil etmişdir.[2]