İbrahim şah Əfşar

Bu məqalə Əfşarlar dövlətinin sultanı İbrahim Şah Əfşar haqqındadır. Nadir Şahın qardaşı və İbrahim şah Əfşarın atası üçün İbrahim xan Əfşar səhifəsinə baxın.

Sultan İbrahim şah, İbrahim şah Əfşar və ya tam adı ilə İbrahim şah Qırxlı-Avşar (17171748) — Əfşarlar xanədanlığından olan 3-cü Azərbaycan, İranXorasan şahı (1748).

İbrahim şah Əfşar
İbrahim şah Qırxlı-Avşar
fars. ابراهیم‌شاه‎
6 iyul 1748 – 24 sentyabr 1748
ƏvvəlkiAdil şah
SonrakıŞahrux şah Əfşar
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xorasan, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Məşhəd, Əfşarlar dövləti
Dəfn yeri Məşhəd
Fəaliyyəti suveren[d]
Atası İbrahim xan Əfşar
Həyat yoldaşı 2 xanım
Uşağı 5 oğul
Ailəsi Əfşarlar sülaləsi
Dini Şiə (İslam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İbrahim xan Zəhirəddövlənin oğlu Məhəmmədəli xan 1717-ci ildə Xorasan əyalətinin Əbivərd ətrafında anadan olmuşdu. 1738-ci ildə, atasının ölümündən sonra İbrahim xan adı ilə Azərbaycanın bəylərbəyi təyin olunmuşdu.[1]

1748-ci ilin sonunda qardaşı Adil şahı taxtdan salıb gözlərinə mil çəkən İbrahim xan özünü şah еlan etdi.

Urmiya vilayətinin hakimi Mehdi xan Qasımlı-Avşar İbrahim şahın yanına gəldi. Marağada qoşuna çatdı. Miyandab ətrafında İbrahim şahla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdılar. Leylan çəmənində iki qoşun qarşılaşdı. Savaş əsnasında Şəqaqi atlıları İbrahim şahın yanına gəldilər. İraq qoşunu da onların ardınca İbrahim xana birləşdi. Əmiraslan xan vəziyyəti bu cür görüb Kazım xan Qaradağlının yanına qaçdı. İbrahim şah onun qoşununu qarət etdi. İbrahim şah dəbdəbə ilə Təbrizə daxil oldu.

İbrahim şahın uğuru ətrafa yayıldı. Azərbaycan əmirləri sultani sovqatla onun yanına gəldilər. Məhəmmədkazım xan İbrahim şahın intiqamından çəkinib Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və xanlıq fərmanı göndərdi.

İbrahim şah Şahrux mirzə tərəfindən devrildi. O, 1748-ci ildə öldürüldü.

  1. Perry 1997, pp. 75–76.
  • Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: "Şuşa", 2008, səh. 181–211.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
İbrahim şah Əfşar
Doğum: 1717 Vəfat: 20 may 1749
Hakimiyyət titulları
Sələfləri 
Adil şah

Əfşarlar imperiyası Şahı

6 iyul 1748 -24 sentyabr 1748
Xələfləri 
Şahrux şah Əfşar