İbrahim Qəznəvi — Qəznəvilərin onuncu sultanı. Qəznəvilərin ən uzun hakimiyyətdə qalan hökmdarıdır.
Əbül Müzəffər İbrahim Qəznəvi | |
---|---|
أبو المظفر ابراهيم بن مسعود الغزنوي | |
Qəznəvilərin onuncu sultanı | |
Əvvəlki | Fərruxzad Qəznəvi |
Sonrakı | III Məsud Qəznəvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qəznə |
Vəfat tarixi | |
Vəfat yeri | Qəznə |
Dəfn yeri | Qəznə |
Atası | Sultan Məsud Qəznəvi |
Uşağı | III Məsud Qəznəvi |
Ailəsi | Qəznəvilər sülaləsi |
Dini | Sünnilik |
Hakimiyyətə gələn kimi Səlcuqilərlə sülh müqaviləsi imzalayan sultan qızını Alp Arslanın oğlu Arslanşah ilə evləndirdi. Məlikşahın qızını isə oğlu Məsudla evləndirdi. Sultan Hindistana hücumları intensivləşdirdi və Gurlularla müharibələrə davam etdi. Gurlu hakimi Məhəmməd vassal statusu aldı.
Sultan hakimiyyəti boyu vergiləri azaltdı, ticarət və dinə önəm verdi. Həyatının son 22 ilində vəziri Əbdül Həmid ibn Əhməd Sirasin ona köməkçi oldu. Mədəniyyətə və şairlərə qucaq açan sultan Osman Muxtari, Əbül Fərəc Runi kimi şairləri sarayına gətirdi. Sultan İbrahim "Əl Düsturi Vüzəra" adlı bir kitab yazmışdı. Bu kitabda əsasən aforizmlər mövcud idi. Dövrümüzə çatmamışdır.
SƏLƏF Fərruxzad Qəznəvi |
İbrahim Qəznəvi 1059–1099 |
XƏLƏF III Məsud Qəznəvi |