İbrahim Həsənbəyov(rus. Ибрагим Гасанбекович Гасанбеков; 25 oktyabr 1969, Xasavyurd, Dağıstan MSSR – 3 iyul 1999, Mahaçqala) — Dağıstanlı ləzgi hüçumcu, Azərbaycan futbolçusu.
İbrahim Həsənbəyov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1969 |
Doğum yeri |
|
Vəfat tarixi | 3 iyul 1999 (29 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Boyu | 1,8 m |
Mövqeyi | hücumçu |
Azərbaycan Millisində 2 oyun keçirib.
Xasavyurtda doğulan forvard 1996-cı ildə Tuayevin dövründə milliləşdirilib. Onda hücum xəttində Nazim Suleymanov, Vəli Qasımov və Samir Ələkbərov kimi ustalar yer aldığından heyətdə möhkəmlənə bilməyib. Oynadığı hər iki qarşılaşmada da meydançaya sonradan daxil olub. Buna baxmayaraq unikal forvard sayılırdı. Təkcə onu xatırlamaq kifayətdir ki, futbola çox gec başlayıb. 21 yaşında Mahaçqala “Dinamo”sunda debüt edib və ilk oyunlardan bombardir istedadını ortaya qoyub. Bir il sonra daha güclü “Anji”yə keçib. Fantastik məhsuldarlığı ilə diqqət çəkib. Müstəqillikdən sonra Rusiyada 100 qol həddini keçən ilk futbolçu olub. 1999-cu ilədək “Anji”də 233 oyuna çıxıb, 153 top vurub. Mahaçqalada ağır yol qəzasına uğrayıb. 1999-cu il iyulun 3-də idarə etdiyi VAZ 2109 KaMAZ-ın altında qalıb. İndiyədək də onun müəllifi olduğu bir çox rekord yenilənməyib. 29 het-trik, 6 poker edib. Bir oyunda isə 6 qol vurub. İndi də “Anji”nin bütün fərdi nəaliyyətləri onun adı ilə bağlıdır. “Cigit” ləqəbli bombardir Mahaçqala klubunun əbədi rəmzi sayılır.