İbrahim Məmmədov (iqtisadçı)

İbrahim Məmmədov (tam adı:Məmmədov İbrahim Xəlil oğlu; 1930, Danzik4 iyul 2016, Bakı) — Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Kənd Təsəsrüfatı və İqtisadiyyat nazirinin müavini, professor.

İbrahim Məmmədov
Doğum tarixi 1930
Doğum yeri
Vəfat tarixi 4 iyul 2016(2016-07-04)
Vəfat yeri
Mükafatları XTNS qızıl medalı

Məmmədov İbrahim Xəlil oğlu 1930-cu ildə Naxçıvan Muxrar Respublikası Şərur rayonunun Danzik kəndində anadan olmuşdur.

Atası Kərbəlayı Xəlil bəy Vəkilov 1937-ci ildə repressiyaya olunaraq güllələnib.

4 iyul 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Uzun illər Dövlət Plan Komitəsi sədrinin birinci müavini, Kənd Təsəsrüfatı və İqtisadiyyat nazirinin müavini işləmişdir.[2] İqtisadçı kadrların hazırlanmasında xüsusi xidmətləri olmuşdur.

Üzvü olduğu təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  • 1996-cı ildə Beynəlxalq Energetika akademiyasının Akademiki seçilmişdir.

Fəxri adları və təltifləri

[redaktə | mənbəni redaktə et]

1966-cı ildə "Şərəf nişanı" ordeni ilə, 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Yubiley medalı", 1971-ci ildə Dövlət Plan Orqanlarının 50 illiyi münasibətilə "Tərifnamə", 1973-cü ildə "Qırmızı əmək bayrağı" ordeni ilə, 1976-cı ildə "Xalqlar Dostluğu" ordeni və Xalq Təsərrüfatında görkəmli nailiyyətlərinə görə SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin "Qızıl medal" ilə, 1984-cü ildə Bolqar-Sovet dostluğunun təsisi ilə əlaqədar "Tərifnamə" ilə təltif olunmuşdur.

  1. "İbrahim Məmmədov dünyasını dəyişdi". 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  2. İ. X. Məmmədovun Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında[ölü keçid]