İbrahim Qəznəvi

İbrahim Qəznəvi — Qəznəvilərin onuncu sultanı. Qəznəvilərin ən uzun hakimiyyətdə qalan hökmdarıdır.

Əbül Müzəffər İbrahim Qəznəvi
أبو المظفر ابراهيم بن مسعود الغزنوي
ƏvvəlkiFərruxzad Qəznəvi
SonrakıIII Məsud Qəznəvi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qəznə
Vəfat tarixi
Vəfat yeri Qəznə
Dəfn yeri Qəznə
Atası Sultan Məsud Qəznəvi
Uşağı III Məsud Qəznəvi
Ailəsi Qəznəvilər sülaləsi
Dini Sünnilik

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]

Hakimiyyətə gələn kimi Səlcuqilərlə sülh müqaviləsi imzalayan sultan qızını Alp Arslanın oğlu Arslanşah ilə evləndirdi. Məlikşahın qızını isə oğlu Məsudla evləndirdi. Sultan Hindistana hücumları intensivləşdirdi və Gurlularla müharibələrə davam etdi. Gurlu hakimi Məhəmməd vassal statusu aldı.

Daxili siyasət

[redaktə | mənbəni redaktə et]

Sultan hakimiyyəti boyu vergiləri azaltdı, ticarət və dinə önəm verdi. Həyatının son 22 ilində vəziri Əbdül Həmid ibn Əhməd Sirasin ona köməkçi oldu. Mədəniyyətə və şairlərə qucaq açan sultan Osman Muxtari, Əbül Fərəc Runi kimi şairləri sarayına gətirdi. Sultan İbrahim "Əl Düsturi Vüzəra" adlı bir kitab yazmışdı. Bu kitabda əsasən aforizmlər mövcud idi. Dövrümüzə çatmamışdır.