İbrahim Qrızi — Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alim.
İbrahim Qrızi | |
---|---|
Doğum yeri | Quba |
Qrız-Xınalıq bölgəsindən çıxmış ilk görkəmli alimlərdən biri İbrahim Qrızidir. Filologiya elmləri doktoru Nazif Qəhrəmanlı "Quba abidələri" məqaləsində onun adını çəkəndən (Qobustan, 1984, № 1) bir müddət sonra axtarışları davam etdirib "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində (Azərbaycan, 1999, 17 avqust) və "Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)" kitabında (Azərbaycan Ensiklopediyası NPB, 2000, s. 113-116) ilk məlumat vermişdir. Nazif Qəhrəmanlının "İbrahim Qrızi haqqında nə bilirik?" məqaləsində qeyd olunur ki, İbrahim Qrızi şeyx titulu daşımışdır. Qədim Şərqdə yalnız Nizami Gəncəvi kimi ustadlar şeyx titulunu daşımışlar, bu da İbrahim Qrızinin böyüklüyünə dəlalət edən bir amildir. Təəssüf ki, alimin əsərləri günümüzə qədər gəlib çatmamışdır[1].
Qrız-Xınalıq bölgəsindən çıxmış ikinci böyük alim Həkim ibn İbrahim əl-Xınaluqi onun oğludur.[2]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |