Bu məqaləni vikiləşdirmək lazımdır. |
İbrahim Hacıbaba oğlu Quliyev (23 may 1959, Bakı – 16 yanvar 2010, Türkiyə) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009–2010).
İbrahim Quliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (50 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Hacıbaba Quliyev |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi, sənətşünas |
Elmi dərəcəsi |
|
Mükafatları |
İbrahim Quliyev 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.
Azərbaycan Mədəniyətinin Xeyriyə fondunun icraçı direktoru, "Azərbaycan-İrs" jurnalının direktoru, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədr müavini olmuşdur. İbrahim Quliyev Azərbaycan musiqisinin tarixi inkişafı mövzusu ilə əlaqədar namizədlik dissertasiyasını müdafiə edərək "Sənətşünaslıq namizədi" elmi dərəcəsini almışdır. İbrahim Quliyev Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının baş müəllimi olmuşdur. "Maestro" və "Maestro belə yazırdı" kitablarının müəlifidir.
Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə İbrahim Quliyevə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.