İbrahim Sədri (Ərən) (türk. İbrahim Sadri (Eren)) - Türk təqdimatçı, bədii qiraətçi, aparıcı, şair və teatr aktyoru.
İbrahim Sədri | |
---|---|
türk. İbrahim Sadri | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türkiyə |
Təhsili | İstanbul Universiteti |
İxtisası |
İdarəetmə Teatrçılıq |
Fəaliyyəti | Şair, qiraətçi |
Əsərlərinin dili | Türkcə |
İbrahim Sədri İstanbulda dünayaya göz açsa da əslən Ərzincanın, Yücbələn kəndindəndir. İlk və orta məktəbi İstanbulda almışdr. İstanbul Universitetində İdarəetmə fakültəsində oxuduqdan sonra, yeddi il teatrla məşğul olmuşdur. Öz ölkəsində turnelərə çıxaraq Anadolunu yaxından tanıma imkanı olmuşdur. Müxtəlif qəzet və jurnallarda şeirləri yayımlanmışdır. Radiolarda və televizayada aparıcılıq və proqramçılıq etmişdir. İndiyədək özəl bir televizyada proqramlar təşkil etməkdə davam edir. Şeir və teatr tamaşalarından ibarət kasetləri buraxılmaqdadır. Hətda bir neçə şeir kitabları da dərc olunur.
İbrahim Sədrinin şeirlərdən ibarət kasetlər silsiləsindən "Adam Kimi" (türk. Adam Gibi) şeir kaseti 1998-ci ildə buraxıldı və bu onun karyerasının ən önəmli buraxılışı oldu. Bəzən "Mən səni heç sevmədim ki" (türk. Ben seni hiç sevmedim ki)kimi adlandırılan və dillər əzbəri olan bu şeir onu təkcə Türkiyədə deyil, Azərbaycanda da məşhurlaşdırdı. Həmin dövrlərdə Azərbaycanda yayımlanan türk kanallarında, xüsusən də STV (Samanyolu TV) kanalında uzun zaman musiqi listlərinin başında yer almışdır. "Adam Kimi" şeirindəki arxa fon musiqisi olduqca təsiredici və funksionaldır.
Özünü şair kimi görməyən İbrahim, sadəcə şeirlərinin olduğunu və bu şeirləri illərdir oxuduğunu söyləyir. Özünün gözəl bir qiraətçi və şeir oxuyan olduğunu deyir.
İnsanlar tərəfindən, İbrahim Sədrinin şeirlərinin müəyyən bir dövrün ruh quruluşunu əks etdirdiyi bildirilir. Şeirlərində, Türkiyədə 60-cı illərdə doğulan və 70-ci, 80-ci illərin qarışıqlıq ilə sakitlik arasında zidd olan həyat formalarını dərk edən gənclərin dünyagörüşlərini, yaşadıqlarını və keçirdikləri prosesləri ifadə edir. İbrahim Sədri bu dövrün qurşağına və yaşadıqlarına şahidlik etmək istədiyini tez-tez ifadə etmişdir. İbrahim Sədri hər nə qədər teatr, şeir, yumor və televiziya sahələrində işləmiş və işləyir olsa belə, özünü "teatrçı" olaraq gördüyünü ifadə etməklə bərabər, teatrı buraxmasını, teatrın təşkilatlanmamış olmasına və çörək qapısı olaraq kifayət qədər olmamasına bağlayır.