İbrahimiyyə mədəsəsi — Azərbaycanın Şuşa şəhərində İbrahimxəlilxan məscidində fəaliyyət göstərən mədrəsə.
İbrahimiyyə mədrəsəsi |
---|
XVIII əsrin ikinci yarısından Şuşa şəhərində bir sıra mədrəsə fəaliyyət göstərirdi. Bu mədrəsələr əsasən şəhərdəki məscidlərin nəzdində idi.
Məscid mədrəsələrinin əsas xüsusiyyətlərindən biri orada təhsil alan şagirdlərin əsasən aşağı təbəqənin nümayəndələrindən ibarət olması idi. Saraylarda təhsil silki xarakter daşıdığı halda, məscid məktəbləri ümumi xarakter daşıyırdı. Dövlət məktəblərinin azlığı, silkliyi və təhsil haqqının çox olması, həmçinin təhsilin rus dilində aparılması ucbatından kasıb təbəqənin nümayəndələri belə məktəblərdə oxuyanların çox az hissəsini təşkil edirdi.
Məscid məktəblərinin əsas xüsusiyyətlərindən biri də onların təhsil haqqından yığılan pul ilə idarə olunması idi. Əvvəllər olduğu kimi, təhsil haqqı pul və təsadüfi hədiyyələrdən ibarət idi. Hədiyyə bir dəfə uşaq məktəbə daxil olarkən, bir dəfə də "Quran"ı oxuyarkən verilirdi. Hədiyyələr əsasən uşaqlar müxtəlif mərhələləri keçdikləri zaman verilirdi. Hədiyyələr az miqdarda pul, bir kəllə qənd, yaxud da mollaya-müəllimə arxalıq üçün parçadan ibarət olurdu.
Təhsil haqqının miqdarı valideynlərin varlılıq dərəcəsindən asılı olaraq dəyişirdi və məktəbdar tərəfindən müəyyən edilirdi. Şagirdlərdən alınan təhsil haqqı arasında olan fərq bəzən bir neçə dəfədən də artıq olurdu. Məscid məktəblərində tədrislə məşğul olan mollalar əhalinin dəfn mərasimlərində də iştirak edir, müəyyən qədər də əlavə gəlir əldə edirdilər.
Məscid məktəblərində fəaliyyət göstərən mollaların sayına gəldikdə isə demək olar ki, hər məktəbdə bir molla müəllimlik edirdi və müəllimlərin sayı məktəblərin sayına uyğun gəlirdi.
1875-ci ildə Şuşa şəhərinin prixod mollaları dövlət tərəfindən siyahıya alınıb. Siyahı məscidlər və məhəllələr üzrə tərtib olunub:
Akademik Hüseyn Əhmədov yazır ki, İbrahimxan məscidinin nəzdində iki məktəb fəaliyyət göstərirdi. Bunlardan biri 1801, digəri isə 1803-cü ildə yaranmışdı.