İda Mayrin

İda Mayrin (d. 30 oktyabr 1997) — İsraili təmsil edən bədii gimnast. İda Mayrin 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Mayrin həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb.

İda Mayrin
Şəxsi məlumatlar
Tam adı İda Mayrin
Vətəndaşlığı İsrail İsrail
Doğum tarixi (25 yaş)
Doğum yeri
İdman növü Bədii gimnastika
19 oktyabr 2016 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

İda Mayrin 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina LevinaKarina Lixvar ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.

İstinadlar[redaktə | mənbəni redaktə et]