İdarə — mülkiyyətçi tərəfindən idarəçiliyi, sosial-mədəni və digər qeyri-kommersiya fəaliyyətini həyata keçirən, mülkiyyətçi tərəfindən tam və ya qismən maliyyələşdirilən qeyri-kommersiya təşkilatı.
Mülkiyyətçidən asılı olaraq aşağıdakı növləri vardır:
- Dövlət idarələri;
- Bələdiyyə idarələri;
- Özəl idarələr;
- müəssisə, təşkilat;
- müəssisənin, təşkilatın yerləşdiyi bina;
- dövlət idarəetmə, dövlət hakimiyyəti orqanı;
- xidmətlər sahəsində, mənəvi informasiya məhsulunun istehsalında təsərrüfat, sosial-mədəni fəaliyyəti həyata keçirən təşkilat;
- hər hansı bir iş, fəaliyyət sahəsinə (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) baxan, müəyyən struktura malik personalı, ştatı, müdiriyyəti olan təşkilat;
- Azərbaycan Respublikasında dövlət idarələri və ictimai idarələr fəaliyyət göstərir. İdarə hüquqi şəxs hesab olunmur. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
- Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.