İdarəetmə əməyi — ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əmyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir.[1]
Bir sıra alimlər əsassız olaraq "idarəetmə əməyi"ni "idarəetmə" ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. Ona görə də elmi ədəbiyyatlarda belə təriflərə tez-tez rast gəlinir:
idarəetmə əməyi – bu kontor, dəftərxana işidir, mühəndi-texniki əməyidir.
idarəetmə əməyi – idarəetmə sahəsində əmək deməkdir.
İdarəetəm əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.