İdi xaqan (çin. 也咥可汗, Pinyin: Yěxì Kèhán) — Seyanto tayfa başçısı və xaqanı. Əsl adı İşbara idi. İncu xaqanın babası idi.[1]
İdi xaqan | |
---|---|
İşbara (乙失缽) | |
Sonrakı | İncu xaqan |
Şəxsi məlumatlar | |
Uşağı | İncu xaqanın atası |
Dini | Tenqriçilik |
605-ci ildə Telelər və Seyantolar Taman xaqana üsyan qaldıraraq onu İli çayının sahilinədək qovdular. Telelər özlərinə Kibi Gelenq (契苾歌楞) adlı birini Yivuçen Bağa xaqan (易勿真莫賀可汗) adı ilə böyük xaqan, İşbaranı isə İdi xaqan titulu ilə kiçik xaqan seçdilər. Lakin hər iki xaqan 611-ci ildə Şekuy xaqanın yüksəlişi ilə ona təslim olaraq xaqanlıqdan imtina etdilər.