İdirtəpə — İran ərazisində Aslandüzdən 16 km cənubda, Muğan düzündə arxeoloji abidə.
İdirtəpə İranın şimal-qərb hissəsində eradan əvvəlki mədəniyyətlərin kompleks araşdırılması baxımından mühüm abidədir. Bu abidə arxeoloji araşdırmaların olmaması səbəbi ilə şimal-qərbin xronoloji sferasında məlum deyildi. Bu abidə Qərbi İranın şərq və qərb hissəsi arasında əlaqələrin araşdırılması baxımından da əhəmiyyətlidir. Abidənin tədqiqi eneolit dövründə mədəni əlaqlərin gedişatını anlamaq baxımından da əhəmiyyətlidir. İdirtəpədən tapılan saxsı qabları müqayisəli-tipoloji bir şəkildə araşdırılması, şimal-qərb bölgəsindəki mədəni təbəqələrin nisbi xronologiyasını təmin etməyə, xronoloji cədvəlini tamamlamağa və yenidən nəzərdən keçirməyə şərait yaradır. İrandakı digər şimal-qərb eneolit yaşayış məskənlərinə bənzərliklər olmasına baxmayaraq, eneolit dövrünün dulusçuluq məmulatının yerli olduğu iddia edilə bilər. Eneolit dövrünün bütün təbəqələrini özündə cəmləyən abidənin tədqiqi ilə digər bölgələrlə mədəni qarşılıqlı əlaqələri öyrənməyə kömək edəcəkdir.[1]