İdris Məmmədov (23 sentyabr 1959, Naxçıvan – 19 yanvar 1990) — 20 yanvar şəhidi.
İdris Məmmədov | |
---|---|
Məmmədov İdris Ələsgər oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Naxçıvan, Azərbaycan SSR |
Dəfn yeri |
|
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
1958-ci ildə 23 sentyabrda Naxçıvanda anadan olub. Çilingər işləyib. İki övladı qaldı: Günay və Elnur.Yanvarın 19-da İdris Məmmədov Koroğlu bulağının yanındakı Qaraburun postunda növbədə olmuşdur. Bupost sərhəd yaxınlığındadır. İdris növbədə olan zaman posta 10–12 erməni yaxınlaşmış, onu odlu silahla sinəsindən vurmuşlar. İdris Sədərək hadisələrində birinci şəhiddir.Sədərək kəndindən Tofiq Nəsirov növbəni dəyişməyə gələrkən İdrisin həlak olduğunu görüb. Tofiq İdrisi
çiyninə götürüb Koroğlu bulağınadək gətirib. Bu vaxt ermənilər bir neçə istiqamətdən kəndə hücum etmişdilər.Vəziyyət gərgin idi. Buna baxmayaraq onun meyidi evə çatdırılıb.Nehrəm tikinti materialları kooperativi İdris Məmmədovu özlərinin fəxri üzvü qəbul etmiş və hər ay onun ailəsinə 300 manat vəsait keçirir. Şəhidin uşaqlarının istirahəti və oxuması üçün məsuliyyəti də bu kooperativ öz öhdəsinə götürmüşdür.İdris Məmmədov Naxçıvan Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bu ünvanda yaşamışdır: Naxçıvan şəhəri, Firdovsi küçəsi, döngə 3, ev. 12.