İgidliyin əbədidir sənin (film, 1971)

Film İkinci Dünya müharibəsi illərində Ukrayna torpağında qəhrəmanlıqla vuruşub həlak olmuş döyüşçü Xanlar Babanlıya həsr olunmuşdur

İgidliyin əbədidir sənin
Janr bioqrafik
Rejissor Zeynəb Kazımova
Ssenari müəllifi Fəraməz Səfiyev
Operator Əlibala Ələkbərov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1971
Texniki məlumatlar 1 hissə
289 metr
35 mm

Filmi çəkərkən cəsur döyüşçünün portretini yaratmaq üçün müəlliflərin əlində material yox idi. Ona görə də onlar X.Babanlı və onun döyüş dostlarının vuruşduqları yerlərdən keçməli olmuşlar.

Burada müəlliflər bizim qəhrəmanı yaxşı tanıyan partizan dəstəsinin komandiri və onun qardaşı, sovet kəşfiyyatçısı ilə görüşmüş, Xanlara məxsus bəzi əşyalarının saxlandığı Krivoy Roq muzeyində olmuş, Xanların Azərbaycanda yaşayan yoldaşları ilə söhbət etmişlər.

Məlum olmuşdur ki, X.Babanlı müharibəyə qədər Azərbaycan Dövlət Filarmoniyasında aktyor işləmiş, müharibə illərində isə özünün düzəltdiyi saxta sənədlərlə faşistlərin arasında sərbəst gəzmiş, çoxlu əməliyyatlar həyata keçirmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Zeynəb Kazımova
Ssenari müəllifi: Fəraməz Səfiyev
Operator: Əlibala Ələkbərov
Səs operatoru: Akif Nuriyev
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]