İhlamur sarayı — Beşiktaş və Nişantaşı arasındakı vadidə yerləşən İhlamur məsirəsindəki saraydır. Burada I Əbdülməcid tərəfindən Nigoğos Balyana "Mərasim Köşkü" ilə "Alt Köşkü" adlandırılan iki qəsr inşa etdirilmişdir[1]. Bunlardan Mərasim Köşkü, əsl İhlamur qəsridir. Yüksək bir subasman üzərində tək mərtəbədən ibarət olan düzbucaqlı planlı köşk, kəsmə daşdan inşa edilmişdir.
İhlamur sarayı | |
---|---|
İhlamur kasrı | |
41°03′02″ şm. e. 29°00′06″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | İstanbul |
Memar | Nigoğos Balyan |
Sifarişçi | Osmanlı sultanları |
Tikilmə tarixi | 1849-1855 |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti | muzey |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mərasim köşkünün bir az qarşısında olan Maiet köşkü daha sadə bir binadır. İki mərtəbəli olan bu binada, giriş hissəsində iki qollu bir pilləkən var. Girişin ortasında bir dəhliz və pilləkənlər ilə künclərdə 4 ədəd otaq var.
Bu gün ətrafının səs-küy və qarışıqlığından özünü hündür divarlarla qoruyan İhlamur qəsri çox qədimlərdən bu yana İhlamur məsirəsi adıyla anılan bir istirahət sahəsinin içində qurulmuş iki binadan ibarətdir. Hovuzlu İhlamur Məhəlli, Məhəbbət bağçası və Hacı Hüseyn Bağı adlı üç hissədən meydana gələn bu istirahət sahəsinin Sultan III Əhməd dövründə (1703-1730) bir "hasbağçaya" çevirdiyi, I Əbdülhəmid (1774-1789) və III Səlim (1789-1807) dövrlərindəki tənzimləmələrdən sonra XIX əsrin ilk yarısında Sultan I Əbdülməcidin də marağını çəkdiyi məlumdur. Sultan burada olan sadə bir bağ evinə tez-tez gələrək dincəlir, bəzi qonaqlarını, bu arada məşhur Fransız şairi Lamartinei burada qəbul edərək görüşərdi. Daha sonra da bu sadə və balaca qəsrin yerinə 1849-1855 illəri arasında, bu gün mövcud olanları tikdirdi. Binalardan biri Mərasim köşkü (mərasimlər üçün düşünülmüş və istifadə edilmişdir). O bir Alt köşkü (Sultanın maiyəti, bəzən də hərəmxana üçün istifadə edilmişdir) adlanıdırılmış, ikisinə birdən də İhlamur qəsri adı (ya da qəsrləri) verilmişdir.
Sultan I Əbdülməcidin gənc yaşda ölümündən sonra, Sultan Əbduləziz, qardaşının sevdiyi bu qəsrlərə və ətrafına maraq göstərir, maraqlı olduğu xoruz və qoç döyüşləriylə bir çox döyüşlərin bəzilərini bu bağda keçirtdirərdi. Sonralar V Mehmed, tez-tez buraya gəlib dincəlmiş, onun zamanında İstanbulu ziyarət edən qonaqlardan Bolqar və Serbiya Kralları 1910-cu ildə burada qonaq qəbul edilmişdir.
İhlamur qəsri bu gün bağçasıyla birlikdə bir ziyarətçilərə açıqdır. Müxtəlif tarixlərdə qəsrin muzey olduğu bilinməklə birlikdə fasiləli dövrlər də yaşadığı məlumdur. Məsələn, qəsr 1952-ci ilə qədər hər hansı bir şəkildə istifadə olunmamış və baxımsız bir durumda olmuşdur. Ancaq bu tarixdən etibarən bərpa edilmiş və iki köşk müxtəlif muzeylər kimi istifadə edilmişdir. Bu da qısa bir dövr davam etmiş, 1980-ci ildə yenidən fasilə baş vermişdir. Bu günkü forması 1987-ci ildə yaranmışdır və həmin ildən bir muzey kimi istəfadə edilməyə başlanmışdır[2].