İhsan Sökmən

İhsan Lətif Sökmən (1873, Konstantinopol27 dekabr 1955, İstanbul), türk əsgəri və siyasətçisi.

İhsan Sökmən
Şəxsi məlumatlar
Doğum tarixi 1873
Doğum yeri
Vəfat tarixi 27 dekabr 1955(1955-12-27)
Vəfat yeri
Hərbi xidmət
Rütbəsi Mirliva
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və hərbi xidməti[redaktə | mənbəni redaktə et]

İhsan Lətif Sökmən 1873-cü ildə İstanbulda anadan olmuşdur. 1895-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Osmanlı-Yunan müharibəsindəBalkan müharibələrində iştirak etmişdir. Afinada Hərbi Attaşe, Yəmən Ordusu Korpusu Baş Qərargah rəisi, Edremit Diviziya Komandiri və Muş Diviziya Komandiri vəzifələrində çalışıb. Birinci Dünya Müharibəsi başlayanda Qafqaz Cəbhəsindəki 9-cu Ordu Korpusu Komandiri vəzifəsini icra edərkən, 22 dekabr 1914-cü ildə Sarıqamış Döyüşündə Rus Ordusu tərəfindən əsir düşdü və Sibirə sürgün edildi. 1915-ci ilin mayında Sibirdən qaçmağı bacardı və 1915-ci ilin sentyabrında Çin, Yaponiya, ABŞ və Yunanıstan vasitəsilə İstanbula döndü. 1915-ci ilin oktyabrında təqaüdə çıxdı. İstanbul Şəhr-əmanəti Yeniköy Bələdiyyə Başçısı və Pursaklar Müfəttişi vəzifələrini icra etdi. 1919-cu ildə həqiqi hərbi xidmətə qayıtdı. Müharibə şöbəsinin müdiri vəzifəsinə təyin edildi. Elə həmin il Ankara Hökuməti tərəfindən gizli bir təşkilat olan İstanbulun Müdafiə Qanunu başçılığına gətirildi. Bu tapşırıqda Anadoluya silah və sursat göndərilməsini təmin etdi. Qazandığı uğurlara görə "İstiqlaliyyət medalı" ilə təltif edildi. Qurtuluş müharibəsindən sonra qısa bir müddət İzmir Qəsəbə Müdiri vəzifəsini icra etdikdən sonra 1924-cü ildə İzmir Qubernatoru vəzifəsinə təyin edildi. 1926-cı ildəki ikinci parlament əlavə seçimlərində İstanbul millət vəkili seçildi. 1927–1931-ci illər arasında İstanbula, 1931–1946-cı illər arasında Giresuna vəkillik etmişdir. IV. Vəkil Milli Müdafiə Komitəsi Başçısı V. və VI. Dövr Arzuhal Komitəsinin Başçılığı, VI. və VII. Kitabxana Komitəsinin sədri vəzifəsində çalışıb. Ailəlidir və iki övladı var.[1]

İhsan Lətif Sökmən 27 dekabr 1955-ci ildə vəfat etmişdir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Hərb Sərəncamı
  • İranın hərbi moralizəsi və siyasəti

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "TBMM Albomu". tbmm.gov.tr. 31 oktyabr 2012. 4 mart 2016 tarixində mənbəsindən arxivləşdirilib.