İk Kil

İk Kil senotu Meksikanın Yukatan ştatında, Tinum bələdiyyəsinin Pisté kəndindən bir qədər kənardadır. Coğrafi mövqe baxımından Yukatan yarımadasının şimal nöqtəsində yerləşir və eyni zamanda da Çiçen İtza yaxınlığındakı İk Kil Arxeoloji Parkının bir hissəsidir. İctimaiyyətə açıq bir ərazi olduğundan insanlar bura üzməyə gəlir və adətən avtobus turlarında ziyarət edilən bir yerdir. Quru ərazidən təqribən 26 metr aşağıda olmaqla üzəri açıq bir senotdur. Üzmə platformasına düşmək üçün bir pilləkan vardır. Senotun diametri 60, dərinliyi isə 40 metrdir. Kiçik şəlalələrlə birgə suyun üzünə qədər çatan üzüm budaqları var. Senotda qara şüaüzgəcli balıqlar üzür. İk Kil senotu mayyalılar üçün müqəddəs sayılır, onlar buradan həm istirahət, həm də dini mərasimlər üçün istifadə edirlər. Senot restoranı, mağazası, geyim otaqları, kirayəyə verilən kottecləri olan geniş bir kompleksin bir parçasıdır. Onun yaxınlığında həm də Mayya tikililərinin qalıqları da var.