İki nöqtəli adalia parabüzəni

İki nöqtəli adalia parabüzəni (lat. Adalia bipunctata L.)-Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir.

İki nöqtəli adalia parabüzəni
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Biologiyası[redaktə | mənbəni redaktə et]

Bədəni ovalşəkilli, başı parlaq, qaradır və iki ağ ləkəsi var, yanı ağ haşiyəlidir. İki mürəkkəb gözləri aydın bilinir. Ağız hissə tünd sarıdır, dodaq uzanıb və parlaqdır, tüksüzdür. Ayaqları tünd qaradır, caynaqları enlililəşmiş və qərni dişciklərə malikdir ki, bu ağaclarda yayılan böcəklərin əsas əlamətləridir. Çünki, caynaqlar ağaclarda şaquli vəziyyətdə durmaq rolunu oynayır. Qanadüstlükləri əsasən sarıdır, lakin dəyişkəndir. Hər qanadüstlüyündə, tən ortada iki qara nöqtəsi var. Qidalandıqları ağaclarda alt yaruslarda olan yarpaqların alt tərəfinə, mənənə koloniyalarının arasına 300-ə yaxın yumurta qoyurlar. Hər yumurta topasında 5-30 yumurta olur. Bunların inkişafı-inkubasiya dövrü 4-5 gün olur. Sürfənin ümumi inkişafı temperaturdan və qida bolluğundan asılı olaraq 16-22 gün çəkir, pup mərhələsi 4-5 günə inkişaf edir. Çıxım 55-60 faiz olur.[1] Ümumiyyətlə dağlıq zonlarda sürfələrin çıxımı aran zonaya nisbətən 10-15 faiz aşağı olur. İl ərzində iki nəsil verirlər. Çoxalma aprel ayının sonundan başlayır. Mayın əvvəlində yekunlaşır. İkinci nəsil avqustun sonu sentyabrın əvvəlləri başlayır. Qışlama adətən qidalandığı ağaclarda qabığın altında, günəşə tərəf hissədə keçir. Qışlama oktyabr ayının ikinci yarısından, martın ikinci yarısına qədər davam edir. Qışın soyuq keçdiyi illərdə 10 faizə qədər tələf olurlar.

Yayılması[redaktə | mənbəni redaktə et]

Ordubad, Şahbuz və Culfa rayonlarının dağlıq və dağətəyi zonalarında yayılıb.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli
  2. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981