İki nöqtəli xilokorus

İki nöqtəli xilokorus lat. Chilocorus bipustulatus L.-Ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür.

İki nöqtəli xilokorus
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ovalşəkilli, yığcam bədəni olmaqla, başı qaradır, iri mürəkkəb gözləri aydın görünür. Ağız tərəfi sarımtıldır. Qaramtıl-qırmızıya çalan rəng çalarları var. Ətraflarında dırmanmaq üçün caynaqları var. Əsasən meyvə bağlarında və qovaq ağacında yastıcalarla qidalanır. Əsas qidasını yastıcalar fəsiləsinin (Diaspididae) növləri təşkil edir.

İl ərzində iki nəsil verir: Birinci nəsil iyun ayının sonunda, ikinci nəsil sentyabrın əvvəllərində başa çatır. İsti yay günlərində bükülmüş yarpaqlar arasında və ağacların qabığı altında sükunət dövrü keçirir. Qışlamasını tək-tək ağacların qabığı altında günəşə tərəf olan hissələrində keçirir. Ən çox yabanı bitkilər üzərindəki yalançı yastıcalarla, qismən də tor gənəcəyi ilə qidalanır.[1]

Ən çox Naxçıvan şəhəri ətrafında, Babək, Şərur, Ordubad və Şahbuz rayonlarında dağətəyi zonalarda yayılıblar.

  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 39
  2. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.
  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 39