İki tərəfli vuruşma

İki tərəfli vuruşmaAzərbaycan uşaq oyunu.

10–16.

Oyunçuların sayı

[redaktə | mənbəni redaktə et]

Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür . Kənar hədlər 5m orta hissə isə 7 metr olur.

Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar. Yəni topların onlara dəyməməsinə çalışırlar. 10 dəqiqədən sonra dəstələr növbə ilə yerlərini dəyişirlər. Beləliklə, hər dəstə bir dəfə orta hissədə dayanmış olur. Oyun dövründə hansı dəstəyə daha az top dəymişsə o dəstə qalib 286 sayılır. Hər bir dəstə ona məxsus yerdə oynamalı kənara çıxmamalıdır. Top yerə düşdükdən sonra, uşaqlara dəyərsə bu hesaba alınmır. Şəraitə uyğun olaraq dəstələrdə oyunçuların sayını müvafiq şəkildə artırmaq eyni zamanda azaltmaq da olar. Bu oyunda özünü müdafiə etmək, qorumaq, rəqib zərbəsinə tuş gəlməkdən qaçmaq başlıca şərtdir. Oyunda uşaqlar topla oynamağa alışır, eləcə də, cəldlik, çeviklik, sürət kimi hərəki qabiliyyətlərini inkişaf etdirirlər[1]

  1. Q u l i y e v, B a l o ğ l a n. “Mütəhərrik və əyləncəli oyunlar”, (az.). Bakı: (Bakı – «ADPU» nəşriyyat. 2011). 429.