İkinci Piyada Diviziyası

İbrahim ağa Usubov ailəsi ilə birlikdə.

İkinci Piyada DiviziyasıAzərbaycan Xalq Cümhuriyyəti ordusunun hərbi birləşməsi. Diviziyaya 5, 6, 7 və 8-ci atıcı alayları daxil idi.[1]

Yaradılması[redaktə | mənbəni redaktə et]

Onların şəxsi heyəti lazımınca komplektləşdirilməmişdi. Buna görə də Əlahiddə Azərbaycan Korpusuun (ƏAK) tərkibində bu alayların Ģəxsi heyəti digər hissələrin komplektləĢdirilməsinə yönəldildi və 2-ci piyada diviziyasmın komandanlığının saxlanılmasına ehtiyac qalmadı. 1918 ilin sentyabrında Bakı şəhəri düşmən qüvvələrdən azad edildikdən sonra Qafqaz İslam Ordusu komandanının əmri ilə Azərbaycan piyada diviziyalarının bərpasına başlanıldı. Sentyabrın 25-də ƏAK-nun tərkibinə daxil olan 2-ci Azərbaycan piyada diviziyasının təşkili barədə əmr verildi. Bu zaman yalnız diviziyanın tərkibinə daxil olacaq 4-cü piyada alayının formalaşdırılması başa çatmaq üzrə idi. Diviziyanın formalaşdırılmasını sürətləndirmək üçün 5-ci Qafqaz firqəsinin 10-cu Qafqaz alayı 2-ci piyada diviziyasına verilmişdi və bu alayın taborları diviziyanın yeni yaradılan alaylarının əsasını təşkil etməli idi. 4-cü piyada alayı 10-cu Qafqaz alay ının 1-ci taboranun bazasında formalaşmışdı. Taborun zabıt və əsgər heyəti 4-cü alayın şəxsi heyətinə qatılmışdı. 2-ci piyada diviziyasının 5-ci və 6-cı alayları 10-cu Qafqaz alayının müvafıq olaraq 2 və 3-cü taborları bazasında qurulmalı, 6-cı piyada alayının qalan şəxsi heyəti Bakıda, 5-ci alayınkı isə Muğanda cəmləşdirilməli idi. Diviziya Bakıdakı Salyan kazarmalarında yerləĢdirilmişdi və onun komandiri vəzifəsinə Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy təyin edilmişdi. Diviziyanın tərkibində bir süvari alayı və yardımçı bölmələr də var idi.[2]

Ləğvi[redaktə | mənbəni redaktə et]

10-cu Qafqaz alayının 2-ci piyada diviziyasının tərkibinə verilməsi onun kəmiyyət baxımından formalaşmasını sürətləndirsə də, türk qüvvələrinin Azərbaycanı tərk etməsilə alay ağır vəziyyətə düĢdü. Hərbi nazirliyin bərpasından sonra hissələr yenidən qurularkən 2-ci piyada diviziyası ləğv olundu.[2]

Yenidən təşkili[redaktə | mənbəni redaktə et]

Hərbi nazir S.Mehmandarovun 1919 il 14 iyul tarixli əmri ilə Azərbaycan ordusu tərkibində 2-ci piyada diviziyasının təşkilinə yenidən başlanıldı. Artıq formalaşmış olan 4-cü Quba və 5-ci Bakı piyada alayları, sonradan təşkil edilmiş 6-cı Göyçay piyada alayı da bu diviziyanın tərkibinə qatıldı. Diviziyanın komandiri vəzifəsinə general-mayor İbrahim ağa Usubov, onun müavini vəzifəsinə isə general-mayor Makeyev təyin edildilər. Diviziyanın yüksək döyüş hazırlığı əldə edərək, güclü hərbi vahidə çevrilməsində onların böyük xidmətləri olmuşdur. Bakı ətrafının və şimal sərhədinin müdafiə sisteminin etibarlı şəkildə qurulmasında, LənkəranQarabağ əməliyyatlarının uğurla başa çatdırılmasında 2-ci piyada diviziyası hissələrinin də xüsusi rolu var idi. Aprel işğalından (1920) sonra 1-ci piyada diviziyası kimi 2-ci piyada diviziyası da ləğv olunaraq yenidən quruldu.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, 2004.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Azərbaycan tarixi, 7 cilddə, c.5, B.,2001
  2. 1 2 Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]