İkiqai

ikigai [1] Şəklin tərcüməsi: Passion (azərb. Tutqu‎), Mission (azərb. Missiya‎), Vocation (azərb. Bacarıq‎), Profession (azərb. Peşə‎), what you LOVE (azərb. Nəyi SEVİRsən‎), what the World NEEDS (azərb. Dünyanın nəyə EHTİYACI var‎), what you can be PAID for (azərb. Nədən QAZANC əldə edə bilərsən‎), what you are GOOD at (azərb. Nəyi YAXŞI bacarırsan‎)

İkiqai və ya İkiqay (生き甲斐, azərb. "Həyatın mənası"‎) həyatın məna və sevincini təsvir edən yaponca bir anlayışdır. Sərbsət tərcümə etsək ikiqai "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir.[2] Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam"‎) və "qai" (azərb. "məna/dəyər/səbəb"‎) sözlərindən təşkil olunub.

Yaponca ikiqai müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqai üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir. Aydındır ki, ikiqai uğura apara bilər, ancaq uğur ikiqai üçün əsas şərt deyil. O hər kəs üçün açıqdır.

İkiqai-nin beş sütunu bunlardır:

1. Kiçik başlamaq

2. Əldən verməyi öyrənmək

3. Hamoniyalı və davamlı yaşamaq

4. Kiçik şeylərdə xoşbəxtlik tapmaq

5. Hazırkı yerdə və anda olmaq

İfadənin inkişafı və mənası[redaktə | mənbəni redaktə et]

Zaman keçdikcə ikiqai ifadəsi bir neçə dəfə mənasını dəyişmişdir. Bu ifadəyə Taiheiki eposunda hələ 14-cü əsrdə rast gəlinir ki, sonralar Natsume Sōseki-nin Kōjin hekayəsində istifadə edilmişdir və İkinci Dünya müharibəsinə kimi Şiniqai-ə (死にがい, azərb. "ölməyədəyər olan bir şey/səbəb"‎) sinonim olaraq işlədilmiş və əsasən imperator və xalqla bağlı olmuşdur. 1960-ların ortalarından Yaponyada yaşam standartlarının iqtisadiyyatın inkişafı ilə yaxşılaşması nəticəsində kitablarda və jurnallarda bu günə kimi davam edən "İkiqai partlaması" meydana gəldi.[3]

İkiqai-nin iki fərqli mənası ola bilər ki, bu fərqliliklərə Yapon ədəbiyyatında da rast gəlinə bilər.[3] Bir tərəfdən, o həyatı yaşamğa dəyərli edən xüsusi maraq obyektləri, fəaliyyətlər və ya xüsusi vəziyyətlərdir (生き甲斐対象, ikiqai taishō); ikiqainin bu mənası ilə əlaqəli aşağıdakı vizual nümunələrli göstərmək olar

Başqa tərəfdən, ikiqai həyatdan zövq aldığımız bu hala çatma hissi mənasını da verir (生き甲斐感, ikiqai kan). Bu mənada, Qərb baxış bucağından, o subyektiv rifah hissinə uyğun gəlir ki, bu da həyatın mənası duyğusunu ("Tale") əhatə edir və "həyatda olma sevincini" özündə cəmləşdirir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Héctor García, Francesc Miralles『Ikigai: The Japanese Secret to a Long and Happy Life』Penguin (azərb. "Yaponların Uzun və Xoşbəxt Həyat üçün Sirri"‎), 2017 Google Kitabı
  2. Mogi, Ken. The little book of Ikigai. Great Britain: Quercus Editions Ltd. 2017. 5, 6. ISBN 9781787470279.
  3. 1 2 Gordon Mathews: What Makes Life Worth Living? How Japanese and Americans Make Sense of Their Worlds, Kapitel 1, S. 12–26
  4. Christopher Peterson: The Good Life. Positive psychology and what makes life worth living, Psychology Today