İkitaktlı mühərrik

İkitaktkl mühərrikin sxematik təsviri

İkitaktlı mühərrik — iş tsikli iki taktda baş verən daxili yanma mühərrikidir. Mühərrikin iki taktı aşağıdakı mərhələlərdən ibarətdir:

  • Sorma və sıxma,
  • Yanma, genişlənmə, xaricetmə.

Yanacaq-qaz qarışığının sorulması, sıxılması və yandırılması dördtaktlı mühərrikə oxşar şəkildə baş verir. Əsas fərq silindrdə qaz mübadiləsindədir. Porşenin aşağı ölü nöqtəsində silindrin divarındakı yarıq açılır. Bu yarıqdan dirsəkli val yerləşmiş boşluğa hava-yanacaq qarışığı sorulur və eyni zamanda porşenin yuxarı hissəsində yanmış qaz qarışığı silindrdən xaric edilir.

İkitaktlı mühərriklər əsasən kiçik və çox böyük mühərriklərdə tətbiq tapır. Bu, az saylı silindrlərə malik kiçik mühərriklərdə əlverişlidir (məsələn: motosikllərdə, əl otbiçən maşınlarında). Bu halda bir dövrdə bir iş taktı yerinə yetirilir və klapan paylaşdırıcı mexanizminə ehtiyac qalmır. Böyük dönmə başlıqlı gəmi mühərrikləri də ikitaktlı iş prinsipi ilə işləyir. Gəmilərdə bu mühərriklərin üstün cəhəti ondan ibarətdir ki, böyük dövrlər sayına ehtiyac qalmır və yanacaq sahəsi ilə işçi sahəni bir-birindən təcrid etmək mümkün olur.