İkramullah Mahsud

İkramullah MahsudPakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (may 2013[1] - dekabr 2013[2]).

İkramullah Mahsud
Pakistanın Azərbaycandakı səfiri
Şəxsi məlumatlar
Doğum tarixi (69 yaş)

Həyatı[redaktə | mənbəni redaktə et]

İkramullah Mahsud 1953-cü ilin dekabrın 28-də anadan olub[3]. 1979-cu ildən Pakistanın xarici işlər idarəsində işləməyə başlayıb.

2004-2008-ci illərdə Pakistanın Tacikistandakı, 2008-2012-ci illərdə isə Bəhreyndəki səfiri vəzifəsində çalışıb. Rus və ingilis dillərində sərbəst danışır.

Pakistan Xarici İşlər Nazirliyində xüsusi katib vəzifəsində çalışan İkramullah Mahsudun namizədliyi 2013-cü ilin mart ayında təsdiq olunub və o, Azərbaycanda Pakistanın yeni səfiri təyin edilib. Həmin ilin dekabrına kimi bu vəzifədə fəaliyyət göstərib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul etmişdir Arxivləşdirilib 2013-05-08 at the Wayback Machine. president.az, 02.05.2013  (az.)
  2. İlham Əliyev Pakistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. president.az, 10.12.2013  (az.)
  3. "Pakistan Azərbaycana yeni səfir təyin edib". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.