İlahə Əhsan qızı Əfəndiyeva-Xəlilova — Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının soprano.
İlahə Əfəndiyeva | |
---|---|
İlahə Əhsan qızı Əfəndiyeva | |
Ümumi məlumatlar | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Janrlar | Klassik və milli opera |
Səs tembri | soprano |
2005-ci ildən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Moskvada Qalina Vişnevskaya adına Opera mərkəzində ixtisasartırma kurslarını bitirib. Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar, Cüzeppe Verdinin “Traviata” operasında Violetta və başqaları partiyaları böyük uğurla ifa edir.
İlahə Əfəndiyeva 6 may 2015-ci ildə[1], 6 may 2016-cı ildə[2], 1 may 2017-ci ildə[3], 9 may 2018-ci ildə[4], 10 may 2022-ci ildə[5], 6 may 2023-cü ildə[6] və 9 may 2024-cü ildə[7] Prezident Mükafatına layiq görülmüşdür.