İlan Ana

İlan Ana - türk və altay mifologiyasında ilan ilahə. Çılan (Zılan, Ilan) Ana də deyilir. İlanların törədiyi əfsanəvi varlıq. Çox vaxt dişi olaraq təyin olunur. İlanlara hökm edər. İlan ordusunun başında bir gün dünyanı zəbt edəcəyindən qorxarlar. Ağ İlan olaraq təsir edilir. Yeraltı güclərini təmsil edir. İlan Ananın qarnının qızılı əli ilə sığallayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. Zılan (Zilan adıyla) tatarların və paytaxtları Qazanın simvolu olaraq qəbul edilmişdir.

Türk mədəniyyətində ilan

[redaktə | mənbəni redaktə et]

İlan şaman davulunda yeraltı dünyası ilə əlaqəni simvollaşdırıb. Altaylara görə, Erlikin bədəni başdan başa ilanlarla sarılıdır və şallaq yerinə əlində ilan saxlayır halda təsvir olunur. Qaranlıq dünyanı, tək buynuzlu ilan şəklində bir heyvan təmsil edir. Azərbaycan xalq inanışlannda Ev iyəsi ümumiyyətlə ilan şəklindədir. Bu səbəblə ilan olan evdə bərəkət olacağına inanılar. Ev iyəsi, insanlann gözünə ilan şəklində göründüyü zaman, ona toxunulmaz. "Ev ilanı" deyilən bu ilana zərər verən olsa o evə fəlakət gəlir, qıtlıq olar və bərəkət gidər.

Ərbükə, türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Ərbökə də deyilir. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Bunlara Maran da deyilər.[1]

(İl/Il/Yıl/Çıl) kökündən törəmişdir. Türkcə "Yılmaq" felindən gəlir. Yılmaq; qorxmaq, çəkinmək deməkdir. Çincə olduğu deyilər lakin türkcədən çincəyə keçmiş olma ehtimalı olduğu kimi, bənzər sözlərin bir-birinə uyğunlaşdırılmış olması da mümkündür.

  1. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine  (türk.)