İlan ocağı

İlan ocağıNaxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.

İlan ocağı
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Şərur rayonunun Zeyvə kəndi
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
İlan ocağı (Azərbaycan)
İlan ocağı

Pirin yerində əvvəllər möhrədən tikilmiş bina olmuşdur. Hazırda yenidən bərpa olunmuş və onun yerində səkkizguşəli bina inşa edilmişdir. Hər guşənin bir pəncərəsi var. Binanın tavanı konusvarı günbəzlə örtülmüşdür. Qapı və pəncərə başlıqları yarım dairəvi formadadır. Girişi şərqdəndir. Pirin mərkəzi hissəsində müsəl man dəfn adətlərinə uyğun olan qəbir vardır. Burada kimin dəfn olunduğu bilinmir. Qəbir daşlarında kitabə yoxdur. Xalq arasında söyləndiyinə görə keçmişdə müəyyən günlərdə ilanlar toplu şəkildə piri ziyarət edərmişlər.

Aparılan araşdırmalar göstərir ki, ilanla bağlı inanclar Azərbaycanda, o cümlədən Naxçıvanda qədim tarixə malikdir. Eneolit, "Kür-Araz" və "Boyalı qablar" mədəniyyətinə aid gil qablar üzərində ilan təsvirlərinə rastlanır. Gil qablar üzərindəki təsvirlər ilanın qoruyucu funksiyası ilə bağlıdır. Azərbaycan mifologiyasında ilan həm mənfi, həm də müsbət obrazda verilmiş, yeraltı sərvətlərin sahibi kimi göstərilmişdir. Xalq arasında ocaq ilanı müqəddəs hesab olunur və öldürülmür. İlana sitayiş Azərbaycan xalqının əski inancları ilə bağlıdır. Araş dırmalar pirin qədim tarixə malik olduğunu göstərir. Burada olan qəbirlər ehtimal ki, cəmiyyətin imtiyazlı üzvlərinə aiddir.

Mənbə[redaktə | mənbəni redaktə et]