Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İldırım Şirin oğlu Cəfərov — Əməkdar aqronom.
İldırım Cəfərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri |
Ağdam Azərbaycan SSR |
Vəfat tarixi | (82 yaşında) |
Vəfat yeri | Ağdam |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan SSR→ Azərbaycan |
Uşaqları | Svetlana Abbasova,Aybəniz Cəfərova,Eldəniz Cəfərov,Ceyhun Cəfərov,Afət Zeynalova,Zülfiyyə Cəfərova |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
"Qırmızı əmək bayrağı" ordeni (Azərbaycan SSR) |
23 fevral 1921-ci ildə Ağdam rayon Xındırıstan kəndində anadan olmuşdur.1929-cu ildə Xındırıstan ibtidai məktəbinə getmiş,1937-ci ildə isə Paşabəyli kənd yeddiillik məktəbini bitirərək Stalin adına Ağdam Pedoqoji Məktəbinə qəbul olmuşdur.1939-cu ildə həmin məktəbi bitirərək Maarif nazirlyinin göstərişi ilə Ağcabədi rayonunun Salmanbəyli kənd məktəbinə göndərilərək müəllimlik fəaliyyətinə başlamışdır.1943-cü ildə orduya çağırılmışdır.1948-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş, institutu bitirdikdən sonra Xındırıstan kənd orta məktəbinin direktoru təyin edilmişdir. Layiqli müəllimlik fəaliyyətinin qiyməti olaraq "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür. Rayonda ve elecede respublikada sayılıb-seçilən ağsaqqallardan olmuş İldırım Cəfərov neçə-neçə ictimai heyata atılmış gəncin məsləhət yeri olmuşdur, bu gündə onun tövsiyələri, məsləhətləri dillərdə səslənir. Rayon Ağsaqqallar şurasının sedri seçilmişdir və ömrünün sonunadək ictimai işlərdə, rayon tədbirlərində yaxından iştirak etmişdir.2004-cü il yanvarın 20-sində vəfat etmişdir.
Övladları Svetlana, Aybəniz, Eldəniz, Ceyhun, Afət və Zülfiyyə,14 nəvəsi,17 nəticəsi və 2 kötücəsi var.
1960-cı ildə Ağdam Rayon Partiya Komitəsinə çağırılır və o adlı-sanlı bir kəndin itmiş şöhrətinin özünə qaytarılması üçün Xındırıstan kəndinə kolxoz sədri təyin edilir. Onun fəaliyyətinin ilk dövrlərindən başlayaraq Xındırıstan kəndi sürətlə abadlaşır, çiçəklənirdi. Beləki kənddə Məişət xidməti evi, Xındırıstan kənd xəstəxanasının binası, ticarət mərkəzi, hamam binası, poçt binası, Xındırıstan ərazi nümayəndəliyinin binası, artezian quyularının istismarı idarəsinin binası, aptek, Texniki peşə məktəbinin binası, uşaq bağçası, od dəyirmanı, Xındırıstan kənd orta məktəbinin binası, qonaq evi, Böyük Vətən müharibəsibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, Heydər bulağı və koperativ yaşayış evləri tikilərək əhalinin istifadəsinə verildi.
Müxtəlif illərdə"1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə"medalı,"1941–1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə" medalı, Böyük Vətən müharibəsində qələbənin20 illiyi,30 illiyi,40 illiyi və 70 illiyi medalları,"Əmək veteranı"medalı, Üç dəfə "Qırmızı Əmək Bayrağı ordeni"liə, bir dəfə"Oktyabr İnqilabı"ordeni ilə təltif edilmişdir. Gəncə Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirmiş İldırım Cəfərov 1981-ci ildə respublikanın "Əməkdar aqronomu"fəxri adı verildi.1986-cı ildə isə "Lenin ordeni" ilə təltif edilir.