İldırım Cabbarov

Cabbarov İldırım Bəhram oğlu (10 oktyabr 1935, Qaryagin rayonu23 yanvar 2014, Mingəçevir) — Azərbaycan teatr rejissoru, Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru (1968–1980).

İldırım Cabbarov
Doğum tarixi 10 oktyabr 1935(1935-10-10)
Doğum yeri
Vəfat tarixi 23 yanvar 2014(2014-01-23) (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktyor, kinorejissor

İldırım Cabbarov 10 oktyabr 1935-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndində anadan olmuşdur.

1968-ci ildən 1980-ci ilə qədər M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrında baş rejissor, sonra isə rejissor və aktyor kimi işləmiş, onun tamaşaya hazırladığı əsərlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. C. Cabbarlı "Almaz", Fiqereydo "Ezop", S. Vurğun "Fərhad və Şirin", M. Şamxalov "Qaynana", S. Rüstəm "Durna", K. Qaldoni "İki ağanın bir nökəri" və s. əsərlər onun quruluşunda səhnələşdirilib.

1980-ci ildən 1990-cı ilə qədər teatr səhnəsindən ayrılıb. 1990-cı ildən yenidən həmin teatrda rejissor və aktyor işləyib.

(İ. Əfəndiyev "Tənha iydı ağacı") – Kərim bəy, (İ. Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı") – Avşar Hüseyn, (C. Cabbarlı "Almaz") – Hacı Əhməd, (C. Cabbarlı "Solğun çiçəklər" – Bəhram, (C. Məmmədquluzadə "Danabaş kəndinin məktəbi") – Naçalnik, (S. Vurğun "Vaqif") – İbrahim xan obrazları onun yaratdığı nümunələrdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

2005-ci ildə anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Fəxri Fərmana və pul mükafatına layiq görülmüşdür.

23 yanvar 2014-cü ildə Mingəçevir şəhərində dünyasını dəyişib[1].