İldırım Məmmədov

İldırım Teymur oğlu Məmmədov (1951, Qapanlı, Mirbəşir rayonu2012, Bakı) — Azərbaycanın məşhur eksperti, ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi iştirakçısı, Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru.

İldırım Məmmədov
İldırım Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1951
Doğum yeri
Vəfat tarixi 2012
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

İldırım Məmmədov 1951-ci ildə Tərtərin Qapanlı kəndində anadan olub[1]. 1970-1971-ci illərdə Almaniyadakı Sovet qoşunları qrupunda xidmət edib. 1971-1975-ci illərdə Novosibirsk Ali Hərbi Ümumqoşun Siyasi Məktəbində təhsil alıb. 1975-ci ildən 1986-cı ilədək Uzaq Şərq Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb. 1980-ci ildə Kiyevdə təkmilləşdirmə kursunu bitirib. 1984-1988-ci illərdə Moskva Hərbi Akademiyasının ümumqoşun fakültəsində təhsil alıb. 1989-cu ildə Marşal Şapoşnikov adına Baş Qərargah Akademiyasının atəş kursunu bitirib. 4 alayda komandir müavini olub.

1991-ci ilin noyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 1996-1998-ci illərdə hərbi hissə komandiri olub. 1999-2002-ci illərdə Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışıb. 2007-ci ildən vəfat edənə qədər Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru idi.

İ.Məmmədov "SeDEP" QHT-lər Koalisiyasının İdarə Heyətinin üzvü idi[2].

İldırım Məmmədov 17 avqust 2012-ci ildə 61 yaşında ürək tutmasından dünyasını dəyişmişdir. İ.Məmmədov doğulduğu Tərtərin Qapanlı kəndində dəfn olunmuşdur.

Ailəli idi, 6 uşağı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Polkovnik İldırım Məmmədov vəfat etdi. gunxeber.com saytı[ölü keçid]
  2. "simsar.az saytı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-24.