İlgiz Törökül oğlu Aytmatov (qırğ. Илгиз Төрөкул уулу Айтматов; 8 fevral 1931, Bişkek) — SSRİ və Qırğızıstan alimi, texnika elmləri doktoru (1985), professor (1991), Qırğızıstan Milli Elmlər Akademiyasının akademiki (1989). Beynəlxalq Mühəndislik Akademiyasının və bir sıra digər akademiyaların üzvü. Elm və texnika sahəsində SSRİ (1989) və Qırğızıstan SSR Dövlət mükafatları laureatı.[1] Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti (1990–1993) və Qırğızıstan Milli Elmlər Akademiyasının Süxurların Fizikası və Mexanikası İnstitutunun direktoru, 2005-ci ildən bu institutun direktorluğunun müşaviri. Bişkekin fəxri sakini.[2]
İlgiz Aytmatov | |
---|---|
qırğ. Илгиз Төрөкул уулу Айтматов | |
Doğum tarixi | 8 fevral 1931 (92 yaş) |
Doğum yeri | |
Elm sahəsi | geologiya |
Elmi dərəcəsi | |
Elmi adı | professor[d] |
Mükafatları |
|